Sumqayıtda hava

Hadisə

BDU-ya yüksək balla qəbul olan gənc ağır qəzada öldü

BDU-ya yüksək balla qəbul olan gənc ağır qəzada öldü

 

Kamran Babazadə bu il ali məktəbə qəbul olunub və avtomobili də ona hədiyyə olaraq alıblar. Dünən Bakıda ölümlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib. Badamdar şosesi ilə 20-ci sahə istiqamətində hərəkətdə olan Mitsubishi Pajero-İo markalı, 99 FJ 658 nömrə nişanlı avtomobil idarəetmədən çıxıb və aşıb. Nəticədə avtomobilin sürücüsü, 1998-ci il təvəllüdlü Babazadə Kamran Alim oğlu hadisə yerində ölüb. Sərnişin, 1997-ci il təvəllüdlü Tağıyev Vüqar İlham oğlu isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır. Qəzada həlak olan Kamran Babazadə Bakı Dövlət Universitetinin tələbəsi olub. O, bu il yüksək balla ali məktəbə qəbul olunubmuş. Avtomobili isə ona hədiyyə olaraq alıblar. Mərhumun atası Alim Babayev facebook profilində qəza ilə bağlı status paylaşıb:
"Bu gün dünyam qaraldı. Mən məhv oldum".
Medianews.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 

KATEQORIYALAR