Sumqayıtda hava

Manşet, Cəmiyyət

Oktyabrın 1-dən metroda yalnız “Bakıkart”lar işləyəcək

Oktyabrın 1-dən metroda yalnız “Bakıkart”lar işləyəcək 


"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti metro istifadəçilərinə müraciət edir:

SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ!

1 oktyabr 2015-ci il tarixindən etibarən Bakı Metropolitenində gediş haqqının ödənişi yalnız "Bakıkart”lardan istifadə etməklə mümkün olacaq.
Yeni sistemin tətbiqi ilə əlaqədar olaraq Bakı Metropoliteninin bütün stansiyalarında kart satışı, gediş haqqının yüklənməsi, həmçinin pul xırdalama fəaliyyəti göstərən xəzinələrin funksiyası başa çatacaq. Nəzərinizə çatdırırıq ki, "Bakıkart”ların satışı və gediş haqqının yüklənməsi Bakı Metropoliteninin bütün stansiyalarında, "Baku Bus” MMC-nin dayanacaqlarında, həmçinin şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən mətbuat yayımı köşklərində quraşdırılmış terminallar vasitəsi ilə həyata keçirilir.

Hazırda sərnişindaşımada mövcud olan sıxlığı nəzərə alaraq sizdən xahiş olunur ki, metropolitendən istifadə edərkən özünüzlə karta yükləyəcəyiniz məbləğdə xırda pul götürəsiniz.
"Bakıkart”la yaranmış hər hansı problemlə bağlı "20 Yanvar”, "Cəfər Cabbarlı”, "N.Nərimanov” və "Neftçilər” stansiyalarında fəaliyyətdə olan "Kart analizi” mərkəzlərinə, *4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət edə bilərsiniz.





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR