Sumqayıtda hava

Manşet, Cəmiyyət

AAAF Parkdan ayda 138 manata ev təklifi!

AAAF Parkdan ayda 138 manata ev təklifi!

 

 

"AAAF Park” Yaşayış Kompleksi Qurban bayramı münasibətilə yeni kampaniyaya start verib.
Kampaniyanın şərtlərinə görə oktyabr ayının 15-nədək hər bir Azərbaycan vətəndaşı 5 % ilkin ödəniş etməklə 25 il müddətinə qədər mənzil əldə edə biləcəkdir.
Kampaniyadan yararlanmaq və ev sahibi olmaq istəyən hər bir şəxs şəxsiyyət vəsiqəsi və 5 % ilkin ödəniş məbləği ilə "AAAF Park” Yaşayış Kompleksinin Satış Şöbəsinə yaxınlaşaraq, istədiyi mərtəbədən 1, 2 və 3 otaqlı mənzilləri rəsmiləşdirə bilər.
Kampaniyanın sosial layihə kimi düşünülməsi ilə iş yerindən arayışın da tələb olunmaması "AAAF Park” rəhbərliyinin hər bir ailəyə və gələcək sakinlərinə 25 illik güvəninin açıq nümayişidir.
Hesablanma qaydası:
Qeyd edək ki, "AAAF Park” Yaşayış Kompleksində çoxillik ödəmə şərtləri ilə satılan mənzillərin 3 ilə təhvil verilməsi və hazırda inşaasına başlanılmış 16 mərtəbəli yaşayış binalarında olması nəzərdə tutulmuşdur. Təməl qazma mərhələsində olan mənzilin 1 m²-nin baza qiyməti 650 manat, tikilməkdə olan mənzilin 1 m²-nin baza qiyməti 750 manat təşkil edir və hər kredit ili üzrə əsas məbləğə 30 manat əlavə edilir.
Nümunə: Təməl qazma mərhələsində olan bir mənzili nəğd qaydada əldə edərkən hər 1 m² üzrə 650 manat təşkil edəcəyi halda 1 illik müddətinə kredit ilə əldə edərkən bu məbləğ (baza qiyməti + 30 manat 1 illik bahalaşma) = 680 manat təşkil edəcəkdir.
25 illik hesablama ilə: 1 otaqlı 31.2 m²-lik mənzil əldə etmək üçün 2598 AZN ilkin ödəniş edərək, 25 il isə ayda 138 manat ödəməklə mənzil sahibi ola bilərsiniz. 2 otaqlı 63.1 m²-lik mənzil əldə etmək istəyən şəxslər isə 5256 manat ilkin ödəniş, 25 il ayda 280 manat ödəməklə mənzil sahibi ola biləcəkdir.
Ətraflı məlumat üçün *6464 (012/050/055 408 64 64)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR