Sumqayıtda hava

Cəmiyyət

“Xəzər həftəsi” ilə əlaqədar Sumqayıtda məktəblilərlə görüş keçirilib

“Xəzər həftəsi” ilə əlaqədar Sumqayıtda məktəblilərlə görüş keçirilib

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il olduğu kimi bu il də "Xəzər həftəsi”nin yüksək səviyyədə qeyd olunması məqsədilə xüsusi tədbirlər planı hazırlanaraq ardıcıllıqla həyata keçirilir.
"YeniSumqayit.Az"ın Nazirliyin saytına istinadla verdiyi xəbərə əsasən, "Xəzər həftəsi” ərəfəsində yerli ərazi ekologiya və təbii sərvətlər şöbələrinin əməkdaşları Sumqayıt şəhər 9 saylı tam orta məktəbin və Lənkəran şəhər 4 saylı humanitar məktəb kollecinin şagird heyəti ilə görüşüb.
"Xəzər dənizinin ətraf mühitinin mühafizəsi” mövzusunda keçirilən görüşlərdə ümumilikdə 100-dən artıq şagird iştirak edib.
Tədbirlərdə məktəblilərə son illərdə Xəzərin ətraf mühitinin mühafizəsi və bu sahədə Nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verilməklə yanaşı, bu sahədə onların üzərinə düşən vəzifələr haqqında tövsiyələr də çatdırılıb. Tədbirlər məktəblilərlə qarşılıqlı sual-cavab, diskussiya şəklində davam edib.
Nazirlik tərəfindən "Xəzər həftəsi” ilə əlaqədar ekoloji maarifləndirmə xarakterli tədbirlər davam etdirilir.

 

 

“Xəzər həftəsi” ilə əlaqədar Sumqayıtda məktəblilərlə görüş keçirilib

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR