Sumqayıtda hava

Manşet / Cəmiyyət

Sumqayıtda ciddi kadr dəyişikliyi: 1-ci müavin vəzifəsindən getdi

Sumqayıtda ciddi kadr dəyişikliyi: 1-ci müavin vəzifəsindən getdi 


Rövşən Sadıxov Səbailə getdi.
Bu günlərdə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçsının birinci müavini Rövşən Oqtay oğlu Sadıxov tutduğu vəzifə ilə vidalaşmalı olub. Belə ki, o, öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. R.Sadıxovun bundan sonra Səbail rayon İcra Hakimiyyətində çalışacağı deyilir.
55 yaşlı R.Sadıxov 2002-2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, 2005- 2006-cı illərdə İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə isə Gəncə şəhər icra hakimiyyəti Başçısının birinci müavini vəzifəsində işləyib. 2011-ci ildən isə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının birinci müavini olub.
Məlumat üçün bildirək ki, R.Sadıxov Səbail rayonunun İcra Hakimiyyətinin Başçısı Eldar Əzizovun Nizami rayonunda, Gəncə və Sumqayıt şəhərlərində İcra hakimiyyəti Başçısı vəzifəsində çalışdığı müddətdə onun komandasında fəaliyyət göstərib.
Görünür ki, R.Sadıxov bundan sonra da öz fəaliyyətini məhz Eldar Əzizovun komandasında davam etdirəcək.
Xeberle.com





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR