Sumqayıtda hava

Dünya

Putin İslamı dünyanın ən böyük dini adlandırdı

Putin İslamı dünyanın ən böyük dini adlandırdı

 

Rusiya prezidenti: "Vəziyyət həddindən artıq təhlükəlidir".
"İŞİD müsəlman ölkələrinə birbaşa təhlükə olmaqla yanaşı, həm də öz qanlı cinayətləri ilə dünyanın ən böyük dinini - İslamı təhqir edir”. 
Bu sözləri Rusiya prezidenti Vladimir Putin Birləşmiş Millətlər Təşkilatının 70-ci sessiyasında çıxışı zamanı bildirib. 
Rusiya lideri İŞİD-ə qarşı koalisiyaya ərəb dövlətlərini də cəlb etməyi vacib bilib:
"Hitler əleyhinə koalisiya kimi o da öz sıralarına nasistlər kimi şər və insana nifrət yayanlara qarşı qəti mübarizəyə hazır ən müxtəlif qüvvələri cəlb edə bilərdi".
V.Putinin fikrincə, koalisiyanın Suriya ordusu ilə əməkdaşlıqdan imtina etməsi yanlış qərardır. Rusiya lideri iddia edib ki, Əsəd hakimiyyətindən və kürd silahlılarından başqa heç kim Suriyada İŞİD-ə qarşı real mübarizə aparmır:
"Rusiya həmişə möhkəm və ardıcıl şəkildə bütün formalarda terrorizmə qarşı çıxıb. Bu gün biz İraqa, Suriyaya və regionun terrorizmə qarşı mübarizə aparan başqa dövlətlərinə hərbi-texniki yardım edirik".
Rusiya prezidenti bildirib ki, İŞİD boş yerdən yaranmayıb, onu sevmədikləri rejimləri aradan götürmək üçün silah kimi işə salıblar. "Suriya və İraqa qarşı müharibə meydanı açan İŞİD fəal şəkildə ekspenasiyasını başqa regionlara tərəf genişləndirir. Açıq şəkildə yalnız bu ölkələrlə kifayətlənməyərək İslam dünyasında ağalığa can atır. Vəziyyət həddindən artıq təhlükəlidir".
Vladimir Putin dediklərinə sübut kimi Yaxın Şərq və Şimali Afrikada hakimiyyət boşluğu nəticəsində ekstremist və terrorçularla dolmuş anarxiya zonalarının yarandığını göstərib.
"İŞİD-in bayrağı altında on minlərlə silahlı döyüşür. Onların sıralarında 2003-cü ildə İraqa hücum nəticəsində küçəyə atılmış İraq hərbçiləri də yer alır",- deyən Putin dolayısı ilə İŞİD-in ABŞ-ın əməllərinin nəticəsi olduğunu vurğulayıb.
ANS PRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR