Sumqayıtda hava

Dünya

Həccdə ölən azərbaycanlılar dəfn olundu (VİDEO)

 

Hər iki zəvvarımızı minada şeytana birinci daş atma mərasimdən sonra gün vurmuşdu.
Həccdə dünyasını dəyişən zəvvarlarımız dəfn olundu.
Həcc ziyarəti zamanı dünyasını dəyişən iki azəbaycanlı zəvvar dəfn olunmaq məqsədilə mühacirlər üçün nəzərdə tutulmuş məscidə gətirilib.
Dünyasını dəyişmiş azərbaycanlı zəvvarlar məsciddə yuyulub-kəfənləndikdən sonra dəfn olunacaq.
Zəvvarlarımız 60 yaşlı Fəxrəddin Zeynalov və 57 yaşlı Kəklik Aslanova dəfn üçün hazırlandıqdan sonra məsciddə cənazə namazı qılındı.
Dünyasını dəyişən hər iki zəvvarımızla vidalaşmağa onlarla birlikdə Həcc ziyarətini yerinə yetirənlər də gəlmişdi.
Ailə üzvlərindən isə Kəklik xanımın onunla birlikdə Həcc ziyarətində olan əri Elçin Aslanov, Fəxrəddin Zeynalovun isə zəvvar bacısı Rahillə xanım da mərhumları son mənzilə yola salanların içərisində idi.
Fəxrəddin Zeynalovun bacısı Rahilə Zeynalova deyir ki, bura gəlmədən öncə hamı ilə hallalaşmışdı, Həccə gedəcək deyə çox sevincli idi.
Fəxrəddin Zeynalov ehram libasında dünyasını dəyişdiyi üçün elə ehram əynində dəfn edildi. 
Ziyarəti zamanı ehramda olarkən dünyasını dəyişənlər şəhid sayıldığından onları Həcc şəhidləri üçün olan məzarlıqlarda dəfn edirlər. Bu səbəbdən bizim də dünyasını dəyişən hər iki zəvvarlarımız Məkkədəki Həcc ziyarəti şəhidləri üçün olan qəbirstanlıqda torpağa tapşırıldı.
Dəfn mərasimində Azərbaycanın Səudiyyə Ərəbistandakı səfirliyindən nümayəndə və Qafqaz Müsəlmanları İdarəsinin rəsmiləri iştirak etdi.
Daha sonra dünyasını dəyişən hər iki həmyerlimiz üçün azərbaycanlı zəvvarların qaldığı otellərin birində ehsan süfrəsi açıldı.
Hər iki zəvvarımızı Minada şeytana birinci daş atma mərasimdən sonra günvurmuşdu. 
Həkimlərin müdaxiləsi nəticə verməmişdi.
Allah rəhmət eləsin!

ANSPRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR