Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtın kişi gimnastları Bakı çempionatında iştirak edəcək

Sumqayıtın kişi gimnastları Bakı çempionatında iştirak edəcək

 

2-3 oktyabr tarixlərində Milli Gimnastika Arenası növbəti turniri - kişi və qadın idman gimnastikası üzrə 22-ci Bakı Çempionatı və Birinciliyini qəbul edəcək.
Kişi idman gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq” İdman Klubu, Respublika Olimpiya İdman Liseyinin gimnastları, həmçinin Sumqayıt və Balakən təmsilçiləri iştirak edəcəklər. Balacalar, uşaqlar və kiçiklər arasında çoxnövçülük üzrə qaliblər müəyyən olunacaq. Çoxnövçülük üzrə final mərhələsi isə böyüklər, gənclər və yeniyetmələr arasında keçiriləcək.
Qadın idman gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq” İdman Klubu və "Neftçı” təmsil olunacaq. Yarışların reqlamentinə əsasən böyüklər, balacalar, uşaqlar və kiçiklər arasında medallar uğrunda mübarizə aparılacaq.
2 gün ərzində tamaşaçıları 1-ci Avropa Oyunlarının beş qat mükafatçısı olan yeganə Azərbaycan idmançısı, həmçinin parallel qollarda qızıl medal sahibi - Oleq Stepko, komanda hesabında bürünc mükafatçısı Petro Paxnyuk, 1-ci Avropa Oyunlarının iştirakçıları Marina Nekrasova və Yuliya İnşina, o cümlədən Mariya Smirnovanın valehedici çıxışları gözləyir.
Qeyd edək ki, turnir böyük gimnastlar üçün Qlazqoda (Böyük Britaniya) keçiriləcək Dünya Çempionatı öncəsi sonuncu yarışdır.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR