Sumqayıtda hava

Siyasət

Sumqayıtda işsizlər və direktorlar yarışır - SEÇKİ

Sumqayıtda işsizlər və direktorlar yarışır - SEÇKİ



Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə Sumqayıtdan qoşulanlardan 19 nəfərinin namizədliyi qeydə alınıb. Bundan başqa çox sayda namizəd imzatoplama kampaniyasını yekunlaşdıraraq sənədləri Dairə Seçki Komissiyasına təqdim edib. Qeydə alınan namizədlər arasında bitərəflər üstünlük təşkil edir - 12 nəfər. Həmçinin YAP-dan 4 namizəd qeydiyyatdan keçib. Qeydə alınan namizədlər arasında KXCP, ASDP və Ümid Partiyasının üzvüləri də var.
Bitərəf namizədlər əsasən işsiz olsa da, deputat seçilmək istəyənlər arasında Mədəniyyət və İstirahət Parkının direktoru Etibar Məmmədov, "Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilov, 2 saylı MİS sədri Şirvan Eminov, Milli Məclis əməkdaşı Hacı Salayev, deputat Muxtar Babayev, İqtisadiyyat və Sənaye Nazirliyinin müaşviri Tahir Mirkişilinin də adı var.
Məlumat üçün bildirək ki, Sumqayıtda 4 seçki dairəsi var. Bunlar 41 saylı Sumqayıt I seçki dairəsi, 42 saylı Sumqayıt II seçki dairəsi, 43 saylı Sumqayıt III seçki dairəsi və 44 saylı Sumqayıt-Xızı seçki dairəsidir.
Cebhe.info





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR