Sumqayıtda hava

Elan

“Azercell Telekom”dan təqaüd proqramı - Aylıq 200 AZN

“Azercell Telekom”dan təqaüd proqramı - Aylıq 200 AZN 


"Azercell Telekom” MMC Azərbaycanda təhsil alan tələbələrə aylıq təqaüd almaq imkanını təqdim edir!
Tələbə Proqram üzrə qalib gələn tələbələr ali təhsillərinin saonunadək 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə və sosial fəaliyyətlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansını əldə edəcəklər.
Azercellin Tələbə Proqramının məqsədi:
müvəffəqiyyətlə təhsil alan və akademik fərq yaradan tələbələrə xüsusi qayğı göstərmək,
yüksək potensiallı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaq,
korporativ sosial məsuliyyətli fəaliyyətlərimiz çərçivəsində cəmiyyətimizə töhfə vermək.
Tələbə Proqramı tələbələrə 2008-ci ildən etibarən təqdim olunur və bugünədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 70-dən çox tələbə Azercell şirkətinin təqaüdçüsü adına layiq görülmüşdür.
Müraciət qaydaları və seçim:
Tələbə Proqramı üzrə Azərbaycanın ali təhsil ocaqlarının son iki kursunda təhsil alan tələbələr müraciət edə bilərlər.
Müraciət ərizələri yalnız onlayn rejimdə qəbul olunur. Bunun üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:
Açılan pəncərədə mətni oxuyun və "Ərizəni göndər” linkindən onlayn müraciət ərizəsini açın;
Qeydiyyatdan keçmiş istifadəçisinizsə İstifadəçi adınızı və Parolunuzu daxil edərək müraciət ərizənizi göndərin. Əks təqdirdə qeydiyyat formasını doldurun və müraciət ərizənizi göndərin.
Müraciətlərin son qəbul tarixi 25 Oktyabr 2015-ci il tarixidir.
Seçim mərhələlərinin nəticəsi və növbəti mərhələlərə dəvət haqda məlumat bütün namizədlərə e-mail vasitəsi ilə təqdim olunacaq.
Qeyd: Müraciət ərizələri yalnız veb səhifəsi vasitəsilə qəbul olunduğu üçün Azercellin e-mail ünvanlarına və ofislərinə gətirilən müraciət ərizələri nəzərə alınmayacaq.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR