Sumqayıtda hava

Elan

Bakı-2015 Könüllülərinə Təşəkkürnamə və pasportlar bu tarixlərdə veriləcək

Bakı-2015 Könüllülərinə Təşəkkürnamə və pasportlar bu tarixlərdə veriləcək

 

Əziz Könüllülərimiz,
5-9 oktyabr 2015-ci il tarixlərində Bakı 2015 Avropa Oyunlarında könüllü qismində iştirak edənlərə ilk dəfə olaraq Könüllülük Pasportu təqdim ediləcəkdir.
Könüllülük Pasportları, vəzifə təkliflərini qəbul etmiş və oyunlar zamanı fəaliyyət göstərən könüllülərə aşağıdakı cədvəldə qeyd olunan tarix və saatlarda Bakı Biznes Mərkəzinin birinci mərtəbəsində paylanılacaqdır.
Könüllülük Pasportu almaq üçün könüllü təqdim etməlidir:
1. Akreditasiya kartı (həqiqətən könüllü olduğunu bilmək üçün)
2. Şəxsiyyət vəsiqəsi (əsli və surəti)
3. 3x4 ölçüdə şəkil 
Həmçinin, Cənab Prezident İlham Əliyev və Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin rəhbəri xanım Mehriban Əliyevanın imzaları ilə hazırlanmış Təşəkkürnamə və Sertifikatları əldə edə bilməmiş könüllülərə təqdim etmək istərdik.
Sertifikat, Təşəkkürnamə və Könüllülük Pasportunu əldə etmək üçün soyadınızın ilk hərfindən asılı olaraq müəyyən olunmuş tarixdə gəlməlisiniz
QEYD: Sertifikat, Təşəkkürnamə və Könüllülük Pasportunu göstərilmiş tarixlərdə üzürlü səbəbdən əldə edə bilməmiş könüllülər Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına (ATGTİ) müraciət edə bilərlər.
Əlaqə
28 May küç. 9/13, Bakı, Azərbaycan
Tel.:(+994 12) 493 96 24
Mob.:(+994 70) 243 91 07
Faks:(+994 12) 498 58 55
E-mail:info@atgti.az





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR