Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda bağça müdirəsinin izahatı alındı - Problem həllini tapdı

 


Bu günlərdə Xeberle.com saytına Sumqayıt şəhər 7 saylı "Günəş” uşaq bağçasında tərbiyəçi işləyən Sevinc Abdullayeva şikayət məktubu ilə müraciət edib. Şikayətçi məktubunda bildirirdi ki, bağçaya yeni təyin edilən müdirə Mətanət Tahirova gələnə qədər o 1 stavka ilə işləyib. Amma, M.Tahirova gələndən sonra onun stavkasını kəsərək 0,75 yazıb.
Tərbiyəçi Sevinc Abdullayevanın müdirə haqqında söylədiyi bu və digər ittihamlara aydınlıq gətirmək üçün "Günəş” uşaq bağçasının müdirəsi Mətanət Tahirova ilə görüşdük. Bağça müdirəsi öncə onu qeyd etdi ki, məlum şikayət yayımlanandan sonra, o şəhər icra hakimiyyətinə çağrılıb və şikayət məktubu ilə bağlı izahat verib. Xanım Tahirova bildirdi ki, bağçada bir aydır işləyir. Onun sözlərinə görə bağçada məcburi köçkünlər də məskunlaşıb: "Bizim bağçada 5 məcburi köçkün ailəsi məskunlaşıb. Bir paltar yumaq üçün yerimiz var. Orada da qaçqınlar yerləşib. Bağçada tərbiyəçilər üçün təyin edilən ümumi stavka 6,2 dir. 8 nəfər də tərbiyəçimiz var. 1 nəfər öz hesabına məzuniyyətdədir. Mən bu barədə tərbiyəçilərə bildirəndə ki, dövlət tərəfindən təyin edilən stavka budur və bunu da 8-ə böləndə yalnız bir tərbiyəçiya 1 stavka düşür. Onlar mənimlə razılaşmadılar ki, yeni gəlmisiniz, özünüzdən qanun çıxarırsınız. Mən də 3 nəfər veteran tərbiyəçini seçdim, dedim ki, öz hesabına məzuniyyətdə olan tərbiyəçinin stavkasını bölüb stavkanızı artıraram. Amma, görünür tərbiyəçi S.Abdullayevanın gözləməyə səbri çatmayıb. Şikayət məktubunu yazmağa ehtiyac yox idi. Mən onlara söz verdiyim kimi məsələni həll edib, stavkanı artıracaqdım."
M.Tahirova onu da bildirdi ki, tərbiyəçinin onun bağçada "ölü can”lar saxladığı haqda dedikləri isə həqiqəti əks etdirmir:
"Ölü canlarla bağlı qeyd olunanlar yanlışdır. Bağçada elə bir məsələ yoxdur. Mən gələndə bağça zibilin içində itib batırdı. Bu günə qədər bağçadan nə qədər zir-zibil çıxartmışam. Səliqə-səhman yaratmaq üçün hansı işlər gördüyümə burda yaşayan qaçqınlar da şahiddirlər."





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR