Sumqayıtda hava

Elan

Sumqayıtlı uşaqlar üçün "Vall-i" cizgi filminin nümayişi - ÖDƏNİŞSİZ

Sumqayıtlı uşaqlar üçün "Vall-i" cizgi filminin nümayişi - ÖDƏNİŞSİZ

 

Əziz Sumqayıtlı valideynlər! Kiddy Robotics mərkəzində bu həftənin bazar günü, oktyabr ayının 4-də 5-15 yaş arası bütün uşaqlar üçün tamamilə ödənişsiz olaraq "Vall-i" çizgi filmi nümayiş etdiriləcək.
"Vall-i" cizgi filmində Valli adlı robot kosmosa uçub getmiş insanların Yerdə saxladıqları zibilləri təmizləməklə məşğuldur. Filmin davamında onu çox əyləncəli səyahət gözləyir, hansında ki, Valli yeni və yaxşı dostlarla tanış olacaq. 
Valli cizgi filmi uşaqlar üçün təkcə əyləncə yox, həm də öyrədici və tərbiyəvi xarakterlidir. Filmdə müasir dünyanın bir çox problemlərinə toxunulur, bunlardan ən başlıcası isə ətraf aləmin çirklənməsidir. Filmin əsasında bu mövzu dayanır və filmə izləyən hər kəsdə özünün təbiət qarşısındakı məsuliyyətləri haqqında fikir formalaşdırır. 
Bundan əlavə, filmin yaradıcıları uşaqların diqqətini gələcəyin ən mühüm sahələrindən biri olan robototexnikaya cəlb etməklə onlarda elmə, biliyə, yüksək texnologiyalara həvəs yaratmağa çalışıblar. 
Gəlin uşaqlarımızı sevindirək, onlara vaxt və diqqət ayıraq! Onlar üçün çox maraqlı, əyləncəli və ən əsası faydalı olacaq!
Ünvan: Sumqayıt şəhəri, 17-ci məhəllə, 13/36. 3-cü polis bölməsi (köhnə pasportstol) ilə üzbəüz.
Tel: 018 654 28 50, 055 940 69 75





Цитата
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Эра хороших блогов подходит к концу. Скоро все они будут наполнены говнокомментами. Бойтесь, о маловерные, ибо это грядет очень скоро!

раздача аккаунтов 2018 года
Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

KATEQORIYALAR