Sumqayıtda hava

Manşet, Cəmiyyət

Bakı-Sumqayıt qatarında yeni ödəniş sistemi - MOBİL TELEFONLARLA



Bakı-Sumqayıt sərnişin qatarında vahid kart sistemi olacaq deyə xəbər vermişdilər. Qatar istifadəyə verilsə də, bu sistem hələ də yoxdur. Əgər turniketlər qoyulubsa ondan istifadəyə nə mane olur? Sisteminin tətbiqi planlaşdırılırmı? Bakıda metro və avtobuslarda gedişhaqqı üçün nəzərdə tutulan kart Sumqayıt qatarında nə vaxtdan tətbiq ediləcək?
Hazırda "Azərbaycan Dəmiryolları" ilə "Bakıkart" rəhbərliyi arasında danışıqlar gedir. Proses vaxt tələb etdiyindən razılaşmadan sonra sistemin tətbiqi texniki tədbirlər üçün bir neçə ay çəkəcək. Hazırda qatara minmək istəyənlər kassadan bilet alıb turniketlərə yaxınlaşırlar. Bu biletlər birdəfəlik istifadə üçün nəzərdə tutululub.
Gələcəkdə isə qatarlara minik üçün mobil sistemin də tətbiqi planlaşdırılır. İnsanlar xüsusi qaydada telefonuna gediş haqqı yükləyəcək və telefonunu turniketə yaxınlaşdıraraq stansiyaya daxil olacaqlar.
Avtosfer.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR