Sumqayıtda hava

Faydalı

“Feli sifət” termini düzgündürmü? - Sumqayıtlı gəncin yazısı

“Feli sifət” termini düzgündürmü? - Sumqayıtlı gəncin yazısı


Məlumdur ki, felin təsriflənməyən formalarına məsdər, feli sifət, feli bağlama daxildir. Bizə elə gəlir ki, "feli sifət” bir termin kimi özünü elmi cəhətdən tam doğrulda bilmir. Doğrudur, "feli sifət” həm felin, həm də sifətin xüsusiyyətlərini daşıyır və buna görə də felin həmin formasına feli sifət adı verilib. Ancaq diqqətlə fikir versək görərik ki, bu termində müəyyən uyğunsuzluq var. Bu cəhəti izah etməyə çalışaq.
"Feli sifət” anlayışı nə deməkdir? O deməkdir ki, bu söz birləşməsinin əsas tərəfi, yəni ikinci tərəfi sifətdir! Əgər həmin birləşmədən "feli” sözünü çıxsaq, onda yerdə "sifət” sözü qalır. Belə çıxır ki, feli sifət feldən düzələn sifətdir, yəni hər halda ... sifətdir. Axı belə deyil! Bütün Azərbaycan dili kitablarında "feli sifət”lə sifətin fərqlərindən çox ciddi şəkildə bəhs olunur. Məsələn, "gülən” feli sifətdir, "güləyən” isə sifətdir; "çalışan” feli sifətdir, "çalışqan” sifətdir və s. Daha sonra kitabda düzgün olaraq onların fərqli cəhətləri geniş izah edilir.
Fikrimizi başqa yolla da izah edə bilərik. Belə ki, Azərbaycan dilində "feli xəbər”, "ismi xəbər” terminləri də işlənir. Bunlar tamamilə özünü doğruldur. Məlumdur ki, fellərlə (təsriflənən fellərlə) ifadə olunan "feli xəbər”, adlarla ifadə olunan xəbərlərə isə "ismi xəbər” deyilir. Məsələn, o gəlir (feli xəbər); o şagirddir. (ismi xəbər). Göründüyü kimi, ifadə vasitələrindən aslı olmayaraq bunların hər ikisi xəbərdir! Feili sifət isə sifət deyil. Sifətin bəzi əlamətlərini daşıyan morfoloji vahiddir.
Azərbaycan dilində işlənən "tarixi abidə” birləşməsindəki "abidə” sözü hər halda müəyyən bir abidəni bildirir. Eləcə də "inqilabi hadisə”, "daxili siyasət”, "xarici qonaqlar”, "həyati mübarizə” və s. birləşmələrindəki ikinci, yəni əsas tərəflər də öz hüquqi mənalarını saxlayır. "Feli sifət” birləşməsində isə əsas tərəf öz hüquqi mənasını saxlamır, yəni sifət ola bilmir.
Bəs feli sifətə nə ad vermək olar? Hər halda "sifət” sözünü dəyişmək lazımdır. Bizcə, "feli əlamət” adlandırmaq mümkündür. Çünki "əlamət” geniş anlayışdır. O həm sifətə, həm də feli sifətə aid ola bilər. "Termin” anlayışının yığcam olmasını nəzərə alıb, "feli sifət” termini əvəzinə "aidlik” və ya "fəqlənmə”, "məxsusuluq” adlarını qoymaq olar. Çünki "gülən qız” ifadəsində "gülən” sözündə yalnız bir qıza aid xüsusiyyət var. Və yaxud da "gülən” sözü bir qızı başqa qızadan fəqləndirir. Əgər həmin ifadə "gülən qızalar” şəklində olsa, yenə də bir qrup qız başqa qızlardan fərqləndirilir və ya həmin əlamət bir qrup qıza aid olur. "Qazılmış yer”, "gələsi qonaq”, "oxuduğun kitab”, "yazılacaq məktub” və s. birləşməsində də birinci tərəflərdə aidlik və ya fərqlənmə mənası var.

Sərvər Şirinov





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR