Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtın İcra Başçısı gəncləri mükafatlandırdı - FOTO

Sumqayıtın İcra Başçısı gəncləri mükafatlandırdı - FOTO


Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin üzvləri ilə görüşüb. Birliyin 650-ə yaxın üzvünün iştirak etdiyi tədbirdə çıxış edən Gənclər Birliyinin sədri Elvin Məmmədzadə ölkə Prezidenti tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, ölkənin ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açıb. E.Məmmədzadə gənclərin hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutduğunu bildirib.
İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov isə çıxışında rəhbərlik etdiyi şəhərin problemlərinə toxunub. Z.Fərəcov şəhərin abadlaşdırılacağını və gənclərin təhsilinə diqqətin artırılacağını vurğulayıb. İcra Başçısı Sumqayıtın simasının dəyişəcəyindən və bu istiqamətdə aparılacaq tədbirlərdən də söz açıb.
O, Sumqayıtın idarə və təşkilatlarında rəhbər vəzifələrdə sumqayıtlılara, əsasən də gənclərə üstünlük veriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Çıxış edənlər ölkədə həyata keçirilən gənclər siyasətindən, eləcə də dövlətin gənc nəsilə göstərdiyi diqqət və qayğıdan danışıblar.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun 1 oktyabr 2015-ci il tarixli, 169 nömrəli sərəncamı ilə Sumqayıt şəhərinin ictimai-siyasi həyatında fəal iştirakına görə 80 nəfər gəncə Fəxri fərmanlar verilib.
Xeberle.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR