Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt Dövlət Dram Teatrı yeni mövsümün açılışını edib

Sumqayıt Dövlət Dram Teatrı yeni mövsümün açılışını edib



Sentyabrın 29-da Sumqayıt Dövlət Dram Teatrı yeni mövsümün açılışını edib.
Tamaşaçılara Hidayət Orucovun "Burdan min atlı keçdi” tarixi-xronoloji dramı təqdim edilib. Əsərin süjet xəttini ötən əsrin ortalarında erməni separatçılarının Azərbaycana, azərbaycanlılara yönəlik məkrli siyasəti və ulu öndər Heydər Əliyevin bu təxribatlara qarşı cəsarətli çıxışları, fədakar mübarizəsi təşkil edir. Heydər Əliyev obrazını əməkdar artist Namis Şirməmmədov canlandırıb. Digər rollarda xalq artisti Məzahir Süleymanov, əməkdar artistlər Vidadi Məmmədov, İzaməddin Bağırov, Rauf Ağakişiyev, aktyorlar Dağlar Rüstəmov, İlham Səfərli, Habil Xanlarov, Akif Mirzəyev və başqaları çıxış edirlər. Quruluşçu rejissor teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmovdur.
Mövsümün açılışında əsərin müəllifi, yazıçı Hidayət Orucov, sənətşünaslar, şəhər ictimaiyyəti, media nümayəndələri iştirak ediblər.
Sumqayitxeber.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR