Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt Dövlət Universitetində Beynəlxalq Ahıllar günü qeyd olunub

Sumqayıt Dövlət Universitetində Beynəlxalq Ahıllar günü qeyd olunub

 

Oktyabrın 1-də Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsində Beynəlxalq Ahıllar günü qeyd edilib.
SDU-nun Mətbuat xidmətinin məlumatına görə, fakültə dekanı, dosent Tamilla Əhmədova öncə bu gün münasibətilə qocaman müəllimləri təbrik edib, onlara xoş arzularını çatdırıb. T.Əhmədova ölkəmizdə bu günün ulu öndər Heydər Əliyevin ahıl insanlara göstərdiyi böyük diqqət və qayğının nəticəsi olaraq 1993-cü ildən qeyd edildiyini qeyd edib:
"Sevindirici haldır ki, ölkə başçısı cənab İlham Əliyev də "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirir."
Fakültələrdə təşkil olunmuş bayram süfrəsi ətrafında keçən maraqlı söhbətlər ahıl insanlara fərəhli anlar yaşadıb və onlar universitet rəhbərliyinə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR