Sumqayıtda hava

Manşet, Cəmiyyət

İşıq probleminə görə də prezidentə müraciət edək? - SUMQAYIT SAKİNİNDƏN EMOSİONAL MƏKTUB


Sumqayıtın müvafiq orqanlarının 21-ci mkr əhalisinə qarşı etinasız və məsuliyyətsiz münasibəti mənim bu problemi media qurumları ilə paylaşmağa məcbur etdi. Deməli, yay aylarından başlayaraq hal hazırkı dövrə qədər 21-ci mkr bir hissəsində (2 saylı orta məktəbin arxa hissəsində) elektrik enerjisini  hər gün mütəmadi səhər tezdən saat 10:00-dan saat 16-17 radələrinə qədər söndürürlər.
Həmin bu sahəyə isə Azərişıq ASC-nin Novxanı Bağlar Şəbəkəsi xidmət göstərir. Hər enerji kəsintisində 658 22 13 nömrəsinə zəng etdikdə telefonu götürmürlər. Bir neçə dəfə əlaqə yaratmağa nail oldum. Hər dəfəsində deyirlər ki, qışa hazırlaşırıq, uşaqlar işləyir. Uşaqlar eeee.. Əgər qaynar xətt vətəndaşın zənginə cavab vermirsə və ya bu formada yola verirsə o xətt nəyə lazımdır?
Sumqayıt şəhər İcra Hakimiyyətinin 164 qaynar xəttinə bu problemlə bağlı dəfələrlə şiklayət edilsə də heç bir faydası yoxdur. Elə bir etinasız münasibət göstərilir ki, sanki 21-ci mkr-da yaşayanlar insan deyil və sanki elektrik təminatı elə belə də olmalıymış. Əgər bu iki qurum adi elementar elektrik enerjisi problemini həll edə bilmirsə, bunun üçün də ölkə başçısına ərizə yazılmalıdır? Axı ayıbdır cənablar, 21-ci əsrdə bu problem heç elementar problem də hesab olunmamalıdır.
Ismayıl Kərimov, 21-ci mkr sakini
168saat.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR