Sumqayıtda hava

Cəmiyyət

SDU-da Beynəlxalq Müəllimlər günü qeyd edilib

SDU-da Beynəlxalq Müəllimlər günü qeyd edilib



Oktyabrın 5-də Sumqayıt Dövlət Universitetində "Beynəlxalq Müəllimlər günü” münasibəti ilə tədbir keçirilib.

"Beynəlxalq Müəllimlər Günü” münasibətilə xoş arzularını çatdıran universitetin rektoru, professor Elxan Hüseynov cəmiyyətin formalaşmasında fədakarlıqla çalışan müəllimlərimizin peşə bayramının ənənəvi olaraq hər il ölkəmizdə təntənə ilə qeyd edildiyini bildirdi. 5 oktyabrın Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Sevindirici haldır ki, Azərbaycanda Müəllimlər Günü isə 1993-cü ildən etibarən keçirilir. Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarix Müəllimlər günü kimi anılır.

E.Hüseynov nəzərə çatdırıb ki, bu gün dövlət tərəfindən təhsil işçilərinə göstərilən münasibət müəllimlərin yaradıcılıq imkanlarını genişləndirir. İndi respublikamızda öz elmi-nəzəri biliyi, pedaqoji ustalığı, metodiki hazırlığı, ictimaiyyət içərisində dərin nüfuzu ilə seçilən yüzlərlə qabaqcıl müəllim işləyir. Hal-hazırda universitetimizdə müəllim adını şərəflə daşıyan öz peşəsinin vurğunu olan, hər bir tələbənin qəlbində özünə əbədi abidə ucaldan, əsl vətəndaş və şəxsiyyət yetişdirən bacarıqlı və səriştəli müəllimlərimiz yetərli qədərdir.
Universitetin ictimai həyatında yüksək fəallıq göstərdiklərinə, uzun müddətli elmi-pedaqoji fəaliyyətlərinə və təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllim fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.
Tədbir incəsənət xadimlərinin rəngarəng ifaları ilə davam etdirildi.


SDU-nun Mətbuat Xidməti






Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR