Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda kadr islahatları davam edir: müdir və baş həkim işdən çıxarıldı - ÖZƏL

Sumqayıtın idarə və müəssisələrində aparılan kadr islahatları davam edir. Bu dəfə Sumqayıt şəhər Maliyyə İdarəsinin müdiri Süleyman Köçərli tutduğu vəzifədən kənarlaşdırılıb. Onun yerinə isə idarənin müdir müavini vəzifəsində çalışan Mətləb Möhübbət oğlu Məhərrəmov təyin olunub.
Kadr islahatları səhiyyə müəssisələrindən də yan keçməyib. Belə ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi, "Şöhrət” ordenli Vaqif Qəhrəmanov işdən çıxarılıb. Baş həkim vəzifəsinə Rauf Sadıxov təyin olunub.
Qeyd edək ki, Rauf Sadıxov tanınmış həkim İzzət Sadıxovun oğludur. R.Sadıxov 2005-2011-ci illərdə Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2009-cu ildə prezidentin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib.
Xeberle.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR