Sumqayıtda hava

Manşet, Cəmiyyət

Zakir Fərəcov direktorları bağışladı - BAYRAMA GÖRƏ



Sumqayıtda Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən tədbirdə iştirak edən İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təhsil sahəsində həyata keçirilən islahatlardan söz açıb, eləcə də bu sahədə mövcud olan çatışmazlıqlardan danışıb. Z.Fərəcov çıxışında Sumqayıtda bəzi məktəb və bağçalarda neqativ halların olduğunu və bu kimə hallara yol verənlərlə bağlı müvafiq tədbirlər görüləcəyini qeyd edib. O, bağçaların vəziyyətinin ürəkaçan olmadığını və artıq 44 bağçadan 38-də təmir işlərinə başlandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Şəhər rəhbəri ali məktəblərə qəbul imtahanlarında göstərilən nəticələrdən danışıb və gələn il tələbə qəbulu göstəricisinin 75 faizə çatdırılmasının vacibliyini vurğulayıb.
Z.Fərəcov işlərində verdiyi nöqsanlara görə bir sıra məktəb direktorlarını və bağça müdirlərini vəzifədən azad edilməsini düşünsə də, sonradan bu fikrindən daşınıb. Məlumata görə, Z.Fərəcov 2 məktəbin direktoru və 2 bağça müdirini işindən kənarlaşdırılmalıymış. İcra başçısı işdən çıxarılması planlaşdırılan məktəb və bağça rəhbərlərini bayram münasibətilə bağışlayıb və onların vəzifədən kənarlaşdırılmayacağını bəyan edib. Amma bir şərtlə ki, bu direktor və müdirlər öz işlərində mütləq şəkildə dönüş yaratmalıdırlar. Əks təqdirsə isə onların işdən çıxarılması yenidən gündəmə gələ bilər.
Söhbətin hansı məktəb direktorları və bağça müdirlərindən getdiyini isə dəqiqləşdirə bilmədik.
Xeberle.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR