Sumqayıtda hava

Manşet, Cəmiyyət

HAVALAR SOYUYACAQ, QAR YAĞACAQ - XƏBƏRDARLIQ

HAVALAR SOYUYACAQ, QAR YAĞACAQ - XƏBƏRDARLIQ



Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Abşeron yarımadasında gecə 16-19, günün birinci yarısında 20-23, günün ikinci yarısında 15-17, Bakıda gecə 16-18, günün birinci yarısında 20-22, günün ikinci yarısında 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Gecə 13-18, gündüz 20-25, dağlarda gecə 7-12, gündüz 12-17 dərəcə isti olacaq.

XƏBƏRDARLIQ
Oktyabrın 8-dən 11-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.
Şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə güclənəcəyi, oktyabrın 9-dan temperaturun ötən günlərlə müqayisədə kəskin 7-10 dərəcə aşağı enəcəyi ehtimal olunur.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 8-9-da Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, oktyabrın 8-də atmosfer təzyiqinin xeyli yüksələcəyi, güclü xəzri küləyinin əsəcəyi, oktyabrın 9-da havanın temperaturunun ötən günlərlə müqayisədə kəskin enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR