Sumqayıtda hava

Cəmiyyət

“Azərikimya” çirkab suların təmizlənməsində yeni texnologiyalar tətbiq edir

“Azərikimya” çirkab suların təmizlənməsində yeni texnologiyalar tətbiq edir



"Azərikimya” İstehsalat Birliyində tikintisi Türkiyənin "İdeal Atık və Su Arıtma Sistemləri” şirkəti tərəfindən həyata keçirilən İstehsalat tullantı sularının təmizlənməsi qurğusunun təqdimat mərasimi keçirilib.

Birliyin Mətbuat Xidmətindən "YeniSumqayit.Az"a verilən məlumata görə 1967-ci ildən bəri fəaliyyət göstərən və "Azərikimya” İB-nin strukturuna daxil olan müəssisələrin çirkab sularının təmizlənməsinə xidmət edən "Təmizləyici qurgular” sexinin müasir standartlara uyğun olmaması səbədindən yeni qurğunun tikilməsi üçün ötən ilin əvvəllərində layihə sənədləri hazırlanaraq təsdiq edilib. Bundan sonra isə İstehsalat tullantı sularının təmizlənməsi qurğusunun layihələndirmə, təchizat, tikintiyə nəzarət və şef-montaj işlərinin satın alınması məqsədilə 2014-cü ilin noyabr ayında Birlik tərəfindən açıq müsabiqə elan edilib, paralel olaraq 35 xarici şirkətə tenderlə bağlı sənədlər toplusu təqdim edilib.

"İdeal Atık və Su Arıtma Sistemləri” şirkəti tenderin qalibi elan olunaraq 28 iyul 2015-ci il tarixində bu şirkətlə "Azərikimya” İB arasında məişət və kimyəvi çirkab sularının təmizlənməsi qurğusunun layihələndirmə, təchizat, tikintiyə nəzarət və şef-montaj işlərinin həyata keçirilməsi ilə bağlı müqavilə imzalanıb.

SOCAR-ın Baş ofisinin, Ekologiya İdarəsinin, Karbamid zavodunun, SOCAR Polymer MMC-nin, ETSN-nin Ətraf Mühitin Mühafizəsi departamentinin, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun, 4 saylı Ərazi Ekologiya və Təbii sərvətlər şöbəsinin, "Ekol Mühəndislik Xidmətləri” QSC-nin nümayəndələrinin də iştirak etdiyi tədbir "Azərikimya” İB-nin İcraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimovun Birlik müəssisələrində məişət və kimyəvi çirkab sularının idarə olunması ilə bağlı təqdimatı ilə başlayıb.

Sonra tikinti işlərini həyata keçirməyə hazırlaşan "İdeal Atık və Su Arıtma Sistemləri” şirkəti tərəfindən "Azərikimya” İB-nin struktur bölmələrində formalaşan məişət və kimyəvi çirkab sularının təmizlənməsi üçün seçilmiş sutəmizləmə qurğusunun və ümumilikdə bu istiqamətdə görüləcək işlərin təqdimatı keçirilib.

Geniş müzakirə və fikir mübadiləsi şəraitində keçən təqdimat mərasimində çıxış edənlər bu qurğunun kimya sənayesi və ümumilikdə Sumqayıt şəhəri üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR