Sumqayıtda hava

Manşet / Cəmiyyət

Zakir Fərəcovun 1 ayı - Sumqayıt yenidən qurulur FOTOLAR

Zakir Fərəcovun 1 ayı - Sumqayıt yenidən qurulur FOTOLAR

 

Şəhər sakinləri deyir ki, yeni icra başçısı sumqayıtlıdır, ona görə də şəhərdə ciddi və keyfiyyətli işlər görəcək 
Prezident İlham Əliyevin 2 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt şəhərinin icra başçısı dəyişdirildi. Sumqayıtın yeni icra başçısı vəzifəsinə Zakir Fərəcov təyin olundu.
Ötən bir ay ərzində şəhərdə hansı dəyişikliklərin olmasını, sakinlərin fikir və problemlərini öyrənmək üçün əməkdaşımız Sumqayıtda olub.
Sumqayıtın tarixi və bu günü
Sumqayıt 1949-cu ildən respublika tabeli şəhər statusunu alıb və ölkənin böyüklüyünə görə sayca üçüncü şəhəridir. (Bakı və Gəncədən sonra red.). Ancaq  üçüncü şəhərdə Sovet dövründə çoxsaylı zavodlar fəaliyyət göstərdiyi üçün,  ekoloji mühit heç də yaxşı olmayıb. Ona görə də, ahıl yaşına çatmış əksər insanlar, Sumqayıt dedikdə, indi də nəfəs almağın çətin olduğu bir yeri təsəvvür edirlər. Lakin şəhərdə gəzintimiz zamanı bunun əksini müşahidə etdik.
Sumqayıtın simvolu, vaxtı ilə şəhərin  girişində 15 ədəd üst-üstə spiral şəklində qoyulmuş daş və onların üzərində göyərçin qanadları olan abidə olub. 15 ədəd daş şəhərin tikintisində bütün 15 sovet respublikasının iştirakının, spiral şəkilli olması onun sonsuz şəhər olmasının, göyərçin isə sülhün rəmzi kimi bu simvolda öz əksini tapıb. Lakin sonradan abidə alüminiumdan yenidən ucaldılarkən 15 daş prinsipinə əməl olunmayıb. Bu abidə hazırda da Sumqayıtın girişindədir.
Sumqayıta həmin abidənin qarşısındakı girişdən daxil olarkən gördük ki, şəhərə giriş istiqamətində yolun sağında olan ağaclar kütləvi şəkildə kəsilir. Bunun səbəbi isə şəhərin yeni icra başçısının yolların genişləndirilməsi ilə bağlı verdiyi göstərişin olduğu bildirildi. Belə ki, Sumqayıt şəhər İH-nin Başçısı göstəriş verib ki, şəhərin əsas girişindən "Göyərçin” abidəsinə kimi olan avtomobil yolu 5 metr sağ və sol istiqamətlərə doğru genişləndirilsin. Ərazidə çalışanların sözlərinə görə, ağacların kəsilməsi ilə bərabər həmin yola düşən obyektlər də söküləcək və ərazidə park salınacaq.
Sumqayıtda olarkən söhbət etdiyimiz şəhər sakinləri və xüsusilə də sürücülər girişdə, əsas yolun genişləndirilməsini müsbət addım kimi dəyərləndirdilər. Sürücülər bildirirlər ki, yolun yaxınlığında Sumqayıt şəhər avtovağzalı yerləşdiyi üçün burada avtomobillərin hərəkət sıxlığı müşahidə olunur. Ona görə də icra başçısının verdiyi qərar yerindədir.
Şəhərin mərkəzində isə vəziyyət ilk baxışdan xeyli pozitiv görünür. Sumqayıt Bakı ilə müqayisədə səs-küysüz şəhərdir. Şəhərin parklarında əsasən yaşlı nəslin nümayəndələrinə rast gəlmək olur. Parklarda onların dincəlməsi üçün hər cür şərait yaradılıb. Sakinlər bildirirlər ki, Sumqayıtda bir çox parklarda xüsusi "Şahmat” lövhəsi yaradılıb. Bu da daha çox yaşlı nəslin nümayəndələrinin diqqətini cəlb edir. Sakin Əbdül Həsənovla söhbətimiz zamanı bildirdi ki, şəhərlə bağlı hər hansı ciddi iradları yoxdur:
"Yağış yağan zaman Bakının küçələrində su dizdən olur. Hər dəfə yağışdan sonra televiziya kanalları vasitəsi ilə biz bunun şahidi oluruq. Ancaq Sumqayıtda hələ indiyə qədər belə bir halın şahidi olmamışıq. Sumqayıtda məhəlləarası yollar da təmir edilir. Parklarda abadlıq işləri aparılır. Biz də bundan çox şad oluruq. Yeni icra başçımız Z.Fərəcovun da ötən həftə gənclərlə görüşü olub. Orada mənim nəvəm də iştirak edib. Nəvəm deyir ki, icra başçısı bildirib ki, şəhərin bütün yollarına, o cümlədən məhəllədaxili yollara asfalt örtüyü döşənəcək. Yəni göründüyü kimi, Sumqayıtda bu işlər davam etdirilir. Bundan da ancaq şad ola bilərik”.

Şəhərin problemləri
Sakinlər şəhərdə yerləşən "Şərq” bazarının arxasındakı yollardan şikayətləndilər. Onların sözlərinə görə, yağış yağdığı zaman bu yoldan çuxurlara yığılan sular səbəbindən  keçmək olmur. Həmin əraziyə yollanıb biz də mövcud vəziyyətlə tanış olduq. Doğrudan da yolun təmirə ehtiyacının olduğunu gördük.
30 ildir Sumqayıtda yaşadığını söyləyən Qafar Hüseynov isə  aşağıdakıları söylədi:
"Sumqayıtda əsas problem evlərin zirzəmilərindəki kanalizasiya sularıdır. Ən böyük problemimiz budur. Əksər binaların altında bu "mənzərə”yə rast gəlmək olur. Eyni zamanda təhsil də bir zamanlar Sumqayıtın fəxri sayılırdı. Hətta mən çalışdığım Bakı Dövlət Universitetində Sumqayıt uşaqları öz təhsil səviyyələrinə görə hər kəsdən fərqlənirdilər. İndi isə göstərici xeyli aşağı düşüb. İnanıram ki, yeni başçı bu məsələyə ciddi yanaşacaq. Onun ötən ay keçirdiyi müşavirədə təhsilə önəm verdiyinin şahidi oldum. Şəhərimizdə marşrutlar isə bir ayrı problemdir. Burada demək olar ki, bütün avtobuslar dayanacaqdan kənarda, hətta beş metrdən bir saxlayaraq sərnişin götürürlər. Bununla yanaşı, Sumqayıt Xəzər dənizinin sahilində yerləşdiyi halda, bu üstünlükdən yararlanılmır. Hətta dəniz sahili çox bərbad vəziyyətdədir”.

Zakir Fərəcovun Sumqayıtla bağlı planları
Onu da qeyd edək ki, Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov 3 oktyabr tarixində gənclərlə görüşü zamanı qarşıdakı planları barəsində aşağıdakıları söyləyib:
"Şəhərdə Cəfər Cabbarlı Klubunun qarşısında olan iki mərtəbəli binalar sökülüb yerində çoxmərtəbəli binalar tikiləcək. Azərbaycan prospekti yüksək səviyyədə tam şəkildə düzəldiləcək. Dəniz kənarında batan gəmi istiqamətindən Coratın çıxışına kimi gözəl bir bulvar salınacaq. Bununla yanaşı, Sumqayıtda əzəmətli Heydər Əliyev Mərkəzi tikiləcək. Şəhərin bütün yollarına, o cümlədən məhəllədaxili yollara asfalt örtüyü döşənəcək. Bağçaların dam örtüyü yeniləcək və istilik sistemi ilə tam şəkildə təchiz ediləcək. Neqativ hallara yol verən, işləməyən, vətəndaşları incidən bağça və məktəb rəhbərləri ilə bağlı ciddi tədbirlər görüləcək”.
İcra başçısı bunu da xüsusi vurğulayıb ki, Sumqayıtda sumqayıtlılar işləyəcək. Əsas vəzifələrdə Sumqayıt əhalisinə üstünlük veriləcək, əsasən də gənclər üstünlük təşkil edəcək.
Söhbət etdiyimiz sakinlər bir məqamı xüsusi vurğuladılar ki, Zakir Fərəcov sumqayıtlıdır. "O, gənc yaşlarından bu şəhərdə yaşayıb, uzun illər Sumqayıtda rəhbər vəzifələrdə işləyib. Buna görə inanırıq o, öz doğma şəhəri üçün ciddi işlər görəcək” – deyə şəhər sakinləri bildirib.

 

 

Zakir Fərəcovun 1 ayı - Sumqayıt yenidən qurulur FOTOLAR

 

Zakir Fərəcovun 1 ayı - Sumqayıt yenidən qurulur FOTOLAR

 

Zakir Fərəcovun 1 ayı - Sumqayıt yenidən qurulur FOTOLAR

 

Zakir Fərəcovun 1 ayı - Sumqayıt yenidən qurulur FOTOLAR

 

Zakir Fərəcovun 1 ayı - Sumqayıt yenidən qurulur FOTOLAR

 

Zakir Fərəcovun 1 ayı - Sumqayıt yenidən qurulur FOTOLAR

 

Zakir Fərəcovun 1 ayı - Sumqayıt yenidən qurulur FOTOLAR

 

Zakir Fərəcovun 1 ayı - Sumqayıt yenidən qurulur FOTOLAR

 

Zakir Fərəcovun 1 ayı - Sumqayıt yenidən qurulur FOTOLAR

 

Zakir Fərəcovun 1 ayı - Sumqayıt yenidən qurulur FOTOLAR

Musavat.com





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR