Sumqayıtda hava

Elan

“Atəşgah Sığorta”dan YENİ VAKANSİYALAR

“Atəşgah Sığorta”dan YENİ VAKANSİYALAR



"Atəşgah Sığorta” şirkəti aşağıdakı vəzifələr üzrə vakansiyalar elan edib.
 
İnformasiya texnologiyaları idarəsinin administratoru (Help desk)

Namizədə tələblər
Yaş: 20-30
Cinsi: kişi
Təhsil: müvafiq sahədə ali təhsil (İnformasiya texnologiyaları, kibernetika, kompüter mühəndisliyi və s.)
Kompüter və avadanlıqlarla (printer, skayner və s.) işləmə bacarığı
Şəbəkənin və serverlərin əsaslarına dair minimal nəzəri və praktik biliklər
"Help desk” dəstəyin təmin olunması üzrə təlim və ya təcrübənin olması (üstünlük verilir)
Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı
Dil bilikləri: Azərbaycan (əla), Rus (əla)

Əsas vəzifə öhdəlikləri
İstifadəçi kompüteri, proqram təminatı və periferik avadanlıqların quraşdırırlması və yönləndirilməsi
İT departamentinə texniki problemlərlə bağlı daxil olan zəng və müraciətlərin qəbul olunması, ehtiyac olan dəstəyin göstərilməsi
İstifadəçi kompüterlərində və ya periferik qurğularda yaranmış proqram və avadanlıq səviyyəli nasazlıqların aradan qaldırılması
Serverlərdə və kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması   
İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
 
İş şərtləri
Əmək müqaviləsi bağlanılır
İş vaxtı 09:00 - 18:00
İş günü 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Sabit əmək haqqı 
- Maraqlananlar öz CV formalarını job@ateshgah.com ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır )
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Birbaşa satış şöbəsinin mütəxəssisi

Namizədə tələblər
Yaş: 22-30
Cinsi: kişi və ya qadın
Təhsil: Ali
İş təcrübəsi: Satış sahəsində və ya bank sahəsində olanlara üstünlük verilir
Dil bilikləri: Azərbaycan (əla), Rus (əla)
Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
 
Şəxsi keyfiyyətlər
Ünsiyyət qurmaq bacarığı
Yüksək nitq mədəniyyəti
Xoş xarici görüş
Yüksək təqdimat bacarığı
Satış texnologiyaları ilə bağlı nəzəri biliklər
 
Əsas vəzifə öhdəlikləri
Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
 
İş şərtləri
Əmək müqaviləsi bağlanılır
İş vaxtı 09:00 - 18:00
İş günü 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
Sabit əmək haqqı 400-500 AZN + rüblük motivasiya
- Maraqlananlar öz CV formalarını job@ateshgah.com ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir,əks halda namizədliyinizə baxılmayacaqdır )
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Telemarketinq şöbəsinin mütəxəssisi
Namizədə tələblər
Yaş: 22-35
Cinsi: kişi və ya qadın
Təhsil: Ali
İş təcrübəsi: vacib deyil
Dil bilikləri: Azərbaycan (əla), Rus (əla) mütləqdir
Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər
Ünsiyyət qurmaq bacarığı
Yüksək nitq mədəniyyəti
Yüksək təqdimat bacarığı
Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı  
 
Əsas vəzifə öhdəlikləri
Telefoniya vasitəsilə sığorta məhsullarının satışı
On-layn alış və sorğuların cavablanması və monitorinqi
Marketinq araşdırmaları məqsədilə zənglərin edilməsi
 
İş şərtləri
Əmək müqaviləsi bağlanılır
İş vaxtı 10:00 - 18:00
İş günü 6/1
Əmək haqqı + motivasiya
 
- Maraqlananlar öz CV formalarını job@ateshgah.com ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir )

Qaradağ (primorski), Şamaxı, Ağsu, Ağstafa, Qazax, Cəlilabad bölgələri üzrə sığorta nümayəndəsi

Namizədə tələblər
-Namizədin yaşayış yeri mütləq bu regionlardan birində olmalı; Qaradağ (primorski), Şamaxı, Ağsu, Ağstafa, Qazax, Cəlilabad
Yaş: 20-30
Cinsi: kişi
Təhsil: orta
İş təcrübəsi: fərq etməz
Dil bilikləri: Azərbaycan (əla)
Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
Ünsiyyət qurmaq bacarığı
Təqdim etmə bacarığı
İnandırmaq bacarığı
 
Əsas vəzifə öhdəlikləri
 
Müştərilərə yerindəcə (ofisdə) sığorta məhsulları haqqında məlumat vermək
Yerindəcə sığorta şəhadətnaməsi yazmaq
 
İş şərtləri
İş vaxtı: qrafiklə (ay ərzində 15 iş günü)
Sabit əmək haqqı 300 AZN + bonuslar
Maraqlanan şəxslər öz CV formasını, vakansiyanın adını qeyd edərək job@ateshgah.com ünvanına göndərə bilər.
Əlaqə üçün (050) 291 33 55

Əlaqə mərkəzi (call center)

Namizədə tələblər
Yaş: 21-30
Cinsi: qadın
Təhsil: Ali
İş təcrübəsi: müştəri xidmətləri üzrə olanlara üstünlük verilir
Dil bilikləri: Azərbaycan (əla), Rus (əla)
Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi 
 
Şəxsi keyfiyyətlər 
Ünsiyyət qurmaq bacarığı
Yüksək nitq mədəniyyəti
Yüksək təqdimat bacarığı
Səbirli, təmkinli olmaq
 
Əsas vəzifə öhdəlikləri
Daxil olan zənglərin qəbulu
Müştərilərin müraciətlərinin qeydiyyatı
 
İş şərtləri
Əmək müqaviləsi bağlanılır
İş vaxtı 10:00- 18:00 / 11:00-19:00 / 12:00-20:00 / 13:00-21:00
İş günü 5 gün (bir həftədən bir şənbə və ya bazar günü növbəsi)
İş yeri: baş ofis (Gənclik m yaxınlığı/ Kral şadlıq evinin arxası)
- Maraqlananlar öz CV formalarını job@ateshgah.com ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir,əks halda namizədliyinizə baxılmayacaqdır )
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Ateshgah.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR