Sumqayıtda hava

Cəmiyyət

Həmrəylik Günü Latviyada qeyd edildi

Həmrəylik Günü Latviyada qeyd edildi


Dekabrın 28-də Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyinin, “Azəri” cəmiyyətinin və Latviya azərbaycanlılarının “Ocaq” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Riqa şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə Latviyanın Azərbaycan diasporu və Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyinin əməkdaşlarının iştirakı ilə tədbir təşkil edilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin dünya azərbaycanlılarına müraciəti və təbriki səslənmişdir. Cənab Səfir E.Zeynalov, Ocaq Mədəniyyət Mərkəzinin sədri R.Əliyev, Azərbaycan diasporunun nümayəndələri U.Əhmədov və A.Məmmədov çıxış etmiş Latviyada yaşayan azərbaycanlılara öz təbriklərini çatdırmişlar.

Soydaşlarımızın övladları üçün əyləncə və musiqi proqramı təşkil edilmiş, hədiyyələr təqdim olunmuşdur. Tədbirlər bayram konserti ilə davam etmişdir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR