Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

“Qarabağ tədqiqatları” üzrə xüsusi qrant müsabiqəsi

“Qarabağ tədqiqatları” üzrə xüsusi qrant müsabiqəsi


Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ölkədə Qarabağla bağlı aparılan elmi tədqiqatların stimullaşdırılması, regional və beynəlxalq səviyyədə araşdırmaların yüksək səviyyədə təmin edilməsi, Qarabağın tarixi, xüsusilə alban kilsələri və digər tarixi abidələrlə bağlı tədqiqatların aparılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı soyqırımların, erməni təcavüzlərinin
araşdırılması və bu barədə həqiqətlərin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılmasının təmin edilməsi və Azərbaycan alimlərinə xarici ölkələrin
arxivlərində işləmək imkanı yaradılması (xaricdə qısamüddətli təcrübəkeçmədə iştirak xarakterli layihələrin maliyyələşdirilməsi yolu ilə) məqsədi ilə 2014-cü ildə “Qarabağ tədqiqatları” üzrə 7-ci xüsusi “Mobillik qrantı” müsabiqəsini elan edir.

Müsabiqədə iştirak etmək üçün ərizələr, ərizəyə əlavə olunan müvafiq sənədlər və digər müşayiətedici materiallar 2015-ci il 5 yanvar tarixindən başlayaraq 30 yanvar saat 17:00-dək qəbul olunur.

Müsabiqənin nəticələrinin 2015-ci ilin fevral ayında açıqlanması və layihələrin fevral ayının 3-cü ongünlüyündən və mart-aprel aylarından etibarən reallaşdırılması planlaşdırılır.

Elanın tam mətni ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.

Qarabağ tədqiqatları qrantı





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR