Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda bağçaların son durumu: məcburi köçkün olanlar, təmir edilənlər...

Sumqayıtda bağçaların son durumu: məcburi köçkün olanlar, təmir edilənlər...



Vaxtilə Sumqayıtda 60 uşaq bağçası fəaliyyət göstərib. 3 bağçada məcburi köçkünlər məskunlaşdığına görə, onların fəaliyyəti dayandırılıb. Bağçalardan 1-i isə özəlləşdirilib.
Hazırda Sumqayıt şəhərində 56 uşaq bağçası fəaliyyət göstərir. 50 bağçanın yarısında məcburi köçkünlər yaşayır. Digər 6 bağçada məcburi köçkünlər yoxdur. Bu barədə məlumatı Sumqayıt şəhər təhsil şöbəsinin məktəbəqədər təhsil üzrə aparıcı məsləhətçi Maral Abdullayeva bildirib. Onun sözlərinə görə, bu vaxta qədər 56 bağçadan yalnız 8-i dövlət hesabına təmir edilib:
"40 saylı bağça isə öz hesabına təmir edilib. Hal-hazırda 2 uşaq bağçasında əsaslı təmir işləri görülür. Bundan başqa şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun göstərişi ilə 38 bağçada dam örtüklərinin yenilənməsi və istilik sisteminin çəkilməsi işlərinə başlanılıb. 56 bağçadan yalnız 4-də müşahidə kamerası var. Bunlar 63, 51, 44, 11 saylı bağçalardır. M.Abdullayeva bildirdi ki, 2016-cı ildən məcburi köçkünlərin uşaq bağçalarından köçürülməsi planı var. Amma bu barədə daha ətraflı məlumatımız yoxdur."
Xeberle.com





Xəbər lenti

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR