Sumqayıtda hava

Siyasət

Xanım deputat Sumqayıtda yataqxanaların acı durumundan danışdı

 


Milli Məclisin iclasında büdcə müzakirələri davam edir.
Deputat Gövhər Baxşəliyeva əlillərə verilən müavinətlərin artırılmasını təklif edib. Onun sözlərinə görə, uşaq evlərinə əlil uşaqlar daha çox tənha qadınlar tərəfindən gətirilib verilir:
"Ailədə uşaq əlil olanda bəzən ata buna dözməyib çıxıb gedir və qadın uşaqla tək qalır. Qadın bir neçə müddət bununla mücadilə edir, amma işlə uşağa baxmağı çatdıra bilmir və nəticədə övladını uşaq evlərinə verir, dövlətdən də müəyyən müavinət alır. Bu azlıq edir və imkan olanda əlil uşaqlara, əlil insanlara baxan ailə üzvlərinə verilən müavinəti artırmalıyıq və bunu nəzərə almalıyıq”.
Deputat Sumqayıt şəhərində olan yataqxanalar barəsində də danışıb:
"Sumqayıtda 65 yataqxana var və əksəriyyəti 60-cı illərdə tikilib və müvəqqəti yaşayış üçün nəzərdə tutulub. Onların əksəriyyəti qəzalı vəziyyətdədir. Bunların yenidən tikilməsinə vəsaitin ayrılması indiki vəziyyətdə çətindir, amma onların əsaslı təmirinə vəsait ayrıla bilər.
Sumqayıtda digər regionlardan fərqli olaraq hündürmərtəbəli binalar üstünlük təşkil edir. Burada mənzillərin isidilməsi üçün alternativ yanacaq-dizel, odun, kömürdən istifadə mümkünsüzdür, ona görə binalara istilik sistemlərinin çəkilməsi vacibdir. Büdcədən bununla bağlı vəsait ayrılıb, amma bunun necə faizinin Sumqayıtın payına düşdüyü müəmmalıdır. Hökumət üzvlərindən xahiş edirəm ki, məsələ diqqətdə saxlanılsın”.
Moderator.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR