Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda hansı müəllimlərinin maaşları artırılacaq?

Sumqayıtda hansı müəllimlərinin maaşları artırılacaq?



Bu ilin sonuna kimi ölkənin bir sıra şəhərlərində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq.
Azərbaycanda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin formatı dəyişdiriləcək.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyevin sözlərinə görə, Bakıda diaqnostik qiymətləri zamanı müəllimlər suallara kağız üzərində cavab veriblər:
"Lakin bundan sonra diaqnostik qiymətləndirmənin elektron qaydada keçirilməsi nəzərdə tutulur. Hazırda bununla bağlı texniki işlər görülür".
İ.Nağıyev əlavə edib ki, bu ilin sonuna kimi Azərbaycanın daha 12 rayon və şəhərində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsi həyata keçiriləcək ki, bu zaman yeniliyin tətbiqi planlaşdırılır.
İ.Nağıyevin sözlərinə görə, diaqnostik qiymətləndirmənin keçirilməsi ilə bağlı xüsusi qaydalar hazırlanıb: "Diaqnostik qiymətləndirmənin bəzi məqamları məktəb rəhbərlərində, müəllimlərdə müəyyən suallar oyadırdı. Bu qaydalarda hər şey var. Əmr imzalanan kimi qaydalar nazirliyin saytında elan ediləcək”.
Nazirlik rəsmisi əlavə edib ki, növbəti diaqnostik qiymətləndirməyə 12 rayonun müəllimləri cəlb edilsə də, proses 6 rayonda keçirilə bilər:
"Diaqnostik qiymətləndirmənin regional mərkəzlərdə keçirilməsi nəzərdə tutulur. Məsələn, Cəlilabad, Masallı iki qonşu rayondur. Nəzərdə tutulur ki, onların biri seçilsin, diaqnostik qiymətləndirmə də birində olsun. Sumqayıt, Abşeron, Qubadlının müəllimlərinin diaqnostik qiymətləndirilməsinin bir yerdə, Mərkəzi Aran rayonlarının qiymətləndirilməsi isə bir yerdə aparılması planlaşdırılır. 12 rayonun müəllimləri diaqnostik qiymətləndirməyə cəlb ediləcək. Amma ola bilər ki, imtahanlar 6 rayonda keçirilsin”.
Qeyd edək ki, bu ilin sonuna kimi Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq. Sınaq qiymətləndirilmənin nəticəsində gələn ilin yanvarından həmin rayon və şəhərlərin müəllimlərinin maaşları artırılacaq.
İnterAz





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR