Sumqayıtda hava

Manşet, Cəmiyyət

Bakıda bayram qadağası

Bakıda bayram qadağası


Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə 31 dekabr 2014 – 4 yanvar 2015-ci il tarixlərinin istirahət günü olması ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artacağını nəzərə alaraq, BDYPİ yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edib.

İdarə bir daha onların nəzərinə çatdırır ki, özlərinə məxsus və ya istifadələrində olan yük avtomobilləri ilə saat 8:00-dan 21:00-dək Bakı şəhərinin ərazisinə daxil olmasınlar:
“Bu qadağa ilə bağlı müvafiq yol nişanlarının və müəyyən edilmiş vaxt rejiminin tələblərini pozan sürücülər mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb ediləcəklər”.


(ANS PRESS)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

KATEQORIYALAR