Manşet, Cəmiyyət
Sabahdan müqəddəs Məhərrəm ayı başlayır
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası fətva yayıb. Fətva Məhərrəmlik ayının daxil olması ilə bağlıdır. "YeniSumqayit.Az" qurumun saytına istinadla fətvanın mətnini olduğu kimi təqdim edir:
Bismillahir-rəhmanir-rəhim!
Möhtərəm mömin qardaş və bacılarımız!
Hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası nəzərinizə çatdırır ki, yeni Hicri 1437-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2015-cü il oktyabr ayının 15-nə təsadüf edir.
Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir. Bu ay Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq Aşura günü İslam tarixinə İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olmuşdur. Müsəlman ümmətinin tarixinə kədərli, lakin, eyni zamanda, insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseyn əleyhissəlamın əzadarlığı, dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən, iman sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.
Məhərrəm ayının 10-u – Aşura günü 2015-ci il oktyabr ayının 24-nə təsadüf edir. Bu münasibətlə bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn əleyhissəlamın əzadarlığının İmamın (ə) şəninə layiq şəkildə keçirilməsini tövsiyə edirik. Aşura mərasimləri məscid ərazilərində, ibadət ocaqlarında, habelə müvafiq icra qurumları tərəfindən müəyyən edilmiş xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmaqla Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi də yad edilməlidir. Təziyə keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunaraq sinə vurmaq, zəncirlə və ya başqa alətlərlə qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə və başqalarına xəsarət yetirməməlidirlər.
Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu örnək din xadimləri tərəfindən təbliğ edilməlidir. Ümidvarıq ki, inşallah, dindarlarımız İmam Hüseyn (ə) təziyədarlığı zamanı bu humanist ənənəni davam etdirəcəklər. Din xadimlərimiz moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətləri, Kərbəla şəhidliyinin mahiyyətini çatdırmaqla bərabər, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən, o cümlədən, Qarabağ, Xocalı şəhidlərinin fədakarlıq nümunəsini təlqin etməli, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan tezliklə azad olunması üçün dualar etməlidirlər.
Dindarlarımız ölkəmizin gün-gündən bölgədə və dünya miqyasında artan nüfuzunu, din-dövlət münasibətlərinin yüksək səviyyəsini Uca Allahın Lütfü kimi dəyərləndirirlər. Onlar bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və dövlət başçımız İlham Əliyev tərəfindən inkişaf etdirilən milli-mənəvi, dini dəyərlərə, multikulturalizm ideyalarına ehtiram və qayğının davamlı olması üçün dualarını əsirgəmirlər. Din xadimlərimiz moizələrində dindarları Allaha xoş gedən bu səyləri daha artıq dəyərləndirməyə, Vətən təəssübünü, milli və dövləti mənafelərimizi uca tutmağa çağırmalıdırlar.
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!
Bu bölmədə bənzər xəbərlər
- Qafqaz Müsəlmanları İdarəsindən Qurban tövsiyəsi
- Qafqaz Müsəlmanları İdarəsindən "Avropa Oyunları" FƏTVASI
- Ramazan-2015 TƏQVİMİ - RAMAZANA ÖZƏL
- Qafqaz Universiteti daha bir beynəlxalq tədbirə ev sahibliyi edib
- Azərbaycanda nə qədər dini icma var? (SİYAHI)
- “Ulu öndərin ideyaları biz gənclər üçün örnəkdir”
- 20 Yanvar - Qəhrəmanlıq səhifəsi
- Hz Məhəmməd Peyğəmbər (ə) Sumqayıtda yad edildi (FOTO)
- Erməni bayrağını belə endirdik (VİDEO)
- Bakıda Heydər məscidinin açılışı olub
Çox oxunan xəbərlər
- Rövşən Veysəlov klubunun yetirmələri Azərbaycan birinciliyindən 22 medalla döndülər
- Sumqayıt "Müəllimin təsirli nitqi" seminarı keçiriləcək
- İlham Əliyev Sumqayıt Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə tanış olub
- Bakı-Sumqayıt qatarı ilə sərnişin daşınması 2-3 dəfə artırılacaq
- Sumqayıtda avtomobili yanıb
- SOCAR: Məişətdə maye qazdan istifadə edənlər üçün qiymət dəyişməyəcək
- Sumqayıtda Cəlalə Nəzəroğlunun təqdimatında "Müəllimin təsirli nitqi" seminarı keçirildi
- SOCAR Polimer`dən 2 vakansiya
- İlham Əliyev Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışını edib
- Azərbaycan - Lixtenşteyn oyunu Sumqayıtda keçiriləcək
Xəbər lenti
- 18:23
Sumqayıtda Cəlalə Nəzəroğlunun təqdimatında "Müəllimin təsirli nitqi" seminarı keçirildi
- 16:42
“SOCAR Polymer” işçiləri Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşuldu
- 18:10
Bu şəhərlərin cəmi 1 sakini var
- 18:42
Rövşən Veysəlov klubunun yetirmələri Azərbaycan birinciliyindən 22 medalla döndülər
- 19:38
İlham Əliyev Sumqayıt Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə tanış olub
- 18:57
İlham Əliyev Sumqayıtda Muğam Mərkəzinin açılışında iştirak edib
- 18:38
Sumqayıt "Müəllimin təsirli nitqi" seminarı keçiriləcək
- 18:21
İlham Əliyev Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışını edib
- 15:21
İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
- 15:00
İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edib
- 13:28
SOCAR Polimer`dən 2 vakansiya
- 18:35
Sumqayıtda avtomobili yanıb
- 18:22
SOCAR: Məişətdə maye qazdan istifadə edənlər üçün qiymət dəyişməyəcək
- 18:06
Bakı-Sumqayıt qatarı ilə sərnişin daşınması 2-3 dəfə artırılacaq
- 17:53
Azərbaycan - Lixtenşteyn oyunu Sumqayıtda keçiriləcək
- 13:31
Vilayət Eyvazov Sumqayıtda vətəndaşlarla görüşəcək
- 12:09
Sumqayıtda yol qəzasında xəsarət alan gənc dünyasını dəyişdi
- 16:29
Rövnəq Abdullayevdən yeni əmr - SOCAR-da mühüm kadr dəyişiklikləri
- 10:54
Kamil Ağazadə ilə "Gənc İstedadlar" rubrikası
- 18:26
Tünzalə, Röya və Mir Yusifə “Xalq artisti” fəxri adı verildi - SƏRƏNCAM
- 18:05
STP SOCAR-ın sifarişi əsasında təzyiq çənləri hazırlayıb
- 13:47
"FAB Boya"dan növbəti FOTOMÜSABİQƏ
- 18:33
Direktor: Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq
- 18:29
Ərdoğan Trampın məktubunu zibil qutusuna atdı
- 14:34
Əfqanıstan vətəndaşı Sumqayıtlı kabel oğrusunu tutub polisə verdi
- 18:09
"Gənc Mühəndis Əbdülməcid Axundov mükafatı" növbəti dəfə təqdim edildi
- 18:32
Yatarkən telefonu uçuş rejiminə qoyun
- 18:26
Günəş enerjisindən istifadə: Ostin modeli
- 18:13
“Azərikimya”da yeni buxar turbininin inşası üçün müqavilə imzalanıb
- 18:38
Azərbaycanın yeni Baş naziri kimdir? - DOSYE
- 17:58
Millət vəkili Sumqayıtda seçiciləri ilə görüşəcək
- 17:29
Caspian Marine Services: "Bizim üçün insan həyatı hər şeydən dəyərlidir."
- 15:13
11 yaşlı Sumqayıtlı idmançı dünya kubokunda 2-ci yeri qazandı
- 17:24
BP şirkətindən əlilliyi və xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək
- 17:40
Sumqayıt Şəhər Məhkəməsi "AER" dondurma şirkətini cərimələnib
- 17:33
Oğurluqda şübhəli bilinən Sumqayıt sakini saxlanılıb
- 11:53
YAP Sumqayıt şəhər təşkilatı təmizlik aksiyası keçirdi - FOTOLAR
- 12:03
Bakı Gəmiqayırma Zavodunun 6 ili tamam olur
- 16:52
Xoşbəxt Yusifzadənin “Ömrümün illəri və izləri” kitabının təqdimatı keçirilib
- 16:18
“SOCAR Polymer”in əməkdaşları talassemiyalı xəstələr üçün qan veriblər
Arxiv
Noyabr 2019 (16)
Oktyabr 2019 (15)
Sentyabr 2019 (30)
Avqust 2019 (14)
İyun 2019 (1)