Sumqayıtda hava

Faydalı

Erasmus proqramı ilə xaricdə necə təhsil almaq olar?

Erasmus proqramı ilə xaricdə necə təhsil almaq olar?



Bbütün proseslər addım addım qeyd olunub yazını oxuduqdan sonra heçbir sualınız qalmayacaq.
Erasmusla bağlı gələn sualları nəzərə alıb hər mərhələ haqqında ayrı ayrılıqda yazmaq qərarına gəldim. Mən bakalavrdan "exchange” tələbə olaraq getdiyimə görə daha çox ona aid yazacam. Magistratura və ya doktorantura üçün müraciət etmək istəyənlərdə bəzi artıq sənədlər tələb oluna bilər. Bu yazımda müraciət mərhələsindən yazacam. Mənim seçildiyim proqram Erasmus Mundus Euroeast adlanır. Əvvəl Erasmus haqqında kiçik bir məlumat vermək istəyirəm.
Erasmus tələbə və müəllimlərin Avropa Birliyi (AB) ölkələrində, həmçinin İslandiya, Lixtenşteyn, Makedoniya, Norveç və Türkiyədə oxumaq və ya dərs demək (staj keçmək) imkanı yaradan qeyri-kommersiya təşkilatıdır. Proqram filosof  Desiderius Erasmus Rotterdamın şərəfinə adlandırılıb. O, avropanın bir çox ölkələrində oxuyub, yaşayıb və ölümündən sonra bütün var-dövlətini İsveçrədə yerləşən Basel Universitetinə miras qoyub.
Erasmusa qəbul barədə haradan məlumat ala bilərsiniz?
Hər bir universitetdə "Xarici proqramlar şöbəsi” fəaliyyət göstərir. Həmin şöbə ilə tez-tez maraqlanmağınız məsləhətdir. Adətən bütün qəbullar sentyabr-oktyabr aylarında başlayır. Daha sonra hansı proqrama müraciət etdiyinizə qərar verib universitetiniz üzrə həmin proqramın koordinatoru ilə əlaqə saxlamalısınız.
Müxtəlif xaricdə təhsil, təqaüd proqramları, yay məktəbləri, təlimlər haqqında məlumat verən saytları mütəmadi olaraq izləyin. Yazının sonunda bir neçə keçid verəcəm.
Və əlbəttə ki, Erasmusun öz saytını, youtube kanalını izləməyiniz məsləhətdir.
Hansı sənədlər lazımdır?
Xarici pasport
Xarici pasportu əvvəlcədən almalısınız. Yəni müraciət üçün mütləqdir. ASAN xidmət vasitəsilə cəmi 10 gün ərzində 40 AZN ödəməklə əldə edə bilərsiniz.
Universitetdən orada oxuduğunuz haqqında arayış
Fakültədə tutorunuz, baş müəlliminiz? ya da artıq sizə sənəd işlərində yardımçı olan şəxs kimdirsə ona deyirsiniz və o sizə 1 gün ərzində bu arayışı təqdim edir. Arayış mütləq ingilis dilinə tərcümə olunub və notariusda təstiq olunmalıdır. Bunu da ASAN xidmətdə edə bilərsiniz. 5 AZN tərcümə və 2 AZN təstiq.
Akademik transkript
Akademik transkript sizin oxuduğunuz müddət ərzində imtahanlardan topladığınız balları, kreditlərin sayını özündə əks etdirən sənəddir. Arayışı kimdən almışdınızsa ondan da xahiş edirsiniz və o sizə bu sənədi verir. Bu sənəd də mütləq ingilis dilinə tərcümə olunmalıdır.
Növbəti kursun dərs cədvəli
Növbəti tədris ilində hansı fənləri keçəcəksinizsə onların adı və kredit sayını özündə əks etdirən sənəd. Bunu da eynən akademik transkript və arayış aldığınız şəxsdən istəyə bilərsiniz. Bu sənəd də ingilis dilinə tərcümə olunmalıdır. Təstiqə ehtiyac yoxdur.
İstək məktubu (Motivation letter)
Bu haqda əlavə yazı yazacam.
2 ədəd rəy məktubu (Reference letter)
Bu haqda əlavə yazı yazacam.
Dil sertifikatı
Erasmusun əksər proqramları İELTS, TOEFL istəmir. Mən də heç bir dil sertifikatsız qəbul olmuşam. Lakin artıq müraciətin son mərhələsində seçdiyiniz universitetin tələbləri üzərinə kliklədikdə kiçik pəncərədə görünür və bu tələblərin içərisində alman dili sertifikatı və ya yuxarıda adını çəkdiyim dil sertifikatları ola bilər. Bu o deməkdir ki, sizin dil sertifikatınız yoxdursa həmin universiteti seçsəniz də qəbul şansınız 0-a bərabərdir. Nəzərə alın ki, sizə yalnız 2-3 universitet seçmək şansı verilir.
Dil sertifikatı istəməyən universitetlərə qəbul şansınızı artırmaq üçün isə sadəcə sizə universitetdə ingilis dili dərsi deyən müəllimlərin birindən rəy məktubu alırsınız. Mən belə etmişdim və işə yaradı.
Yazının üzərinə klikləyərək yükləyə bilərsiniz.
Əlavə sertifikatlarınız, rəy məktublarınız varsa onlar
Nə qədər çox sertifikatınız olsa sizin üçün o qədər yaxşıdır. Öz dilimizdə olan sertifikatları tərcümə, təstiq edib göndərmək lazımdır. Heç bir sertifikatınızı göndərməkdən çəkinməyin hətta bu oxuduğunuz və ya oxuyacağınız ixtisasla bağlı olmasa belə. Məsələn hardasa könüllü çalışmısınız və sertifikatınız varsa mütləq göndərin.
Kimlər müraciət edə bilməz?
Əgər siz 1ci kursda oxuyursunuzsa müraciət edə bilməzsiniz. Çünki akademik transkriptiniz yoxdur. 2 və 3cü kurs tələbələri rahatlıqla exchange üçün müraciət edə bilərlər. 4cü kurs tələbələri isə yalnız magistr üçün müraciət edə bilərlər.
Oxuduğunuz universitet mütləq Erasmusun müraciət etdiyiniz proqramı ilə əməkdaşlıq etməlidir. Bunu proqramın saytından "partnership” bölməsinə daxil olaraq dəqiqləşdirə bilərsiniz.
P.S. Universitetinizin proqramla partnershipliyi olmasa belə, erasmusa apply edə bilərsiniz. 3 Target qrup var : biri birbaşa universitetdın, biri məcburi köçkün, etnik azlığ olanlar, biri də bayaq dediyim (free candidate).
İki ildən az bir müddətdə Erasmusun hər hansı təqaüdündən yararlanmısınızsa yenidən seçilmək şansınız azdır. Amma yenə də sınamağa dəyər.
Son beş il ərzində bir il müddətində xaricdə yaşamısınızsa yenə də şansınız azdır.
Ən çox verilən suallardan biri də kəsri olan tələbələrin müraciət etməsi ilə bağlıdır. Bu barədə dəqiq məlumat heç bir yerdə qeyd olunmayıb. Lakin məntiqlə fikirləşsək müraciət etsəniz belə müsabiqə şəraitində kəsri olmayan tələbələr sizdən daha üstün olacaqlar və təəssüf ki, seçilmək şansınız azdır.
Edutimes.org.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR