Sumqayıtda hava

Elan

Sumqayıtda veloyürüş keçiriləcək

Sumqayıtda veloyürüş keçiriləcək



Əziz velosiped həvəskarları!
Sizi 25 oktyabr 2015-ci il tarixində Sumqayıt şəhərində "Sağlam Düşüncə" Gənclər Təşkilatı, "Təbiət Dostları" Gənclər Təşkilatının nəzdində Yaşıl Velosipedçilər Klubu və Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin birgə təşkil ediləcəyi "Yaşıl Düşüncə" velo-yürüşündə iştirak etməyə dəvət edirik.

Velo-yürüş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyatə keçirilən "Yaşıl Düşüncə” ekoloji maarifləndirmə kampaniyasına çərçivəsində təşkil ediləcək. Kampaniyanın əsas məqsədi Əhalinin ekoloji maarifləndirilməsini gücləndirmək, Gənclər və yeniyetmələr arasında ekoloji məsuliyyətin formalaşdırılmasıdır. Eyni zamanda Kampaniya çərçivəsində gənclər və yeniyetmələr üçün ekoloji problemlərin həllində onların rolundan bəhs edən informasiya sessiyaları, ekoloji problemlərin müzakirəsi üçün məktəblilər arasında debat yarışları, gənclər üçün ekoloji problemləri özündə əks etdirən bədii filmlərin nümayişi və müzakirəsini təşkil ediləcək.

Sumqayıtda təşkil olunacaq velo-yürüşə Bakıdan qoşulan velosipedçilərin (həmçinin velosipedlərin) Bakı-Sumqayıt-Bakı istiqamətində daşınması üçün "Sağlam Düşüncə" Gənclər Təşkilatı tərəfindən nəqliyyat təşkil olunacaq.

Yürüş qeydiyyatlıdır. Yürüşdə iştirak etmək istəyənlər qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olub qeydiyyatdan keçə bilərsiniz.
>>> goo.gl/forms/YDKUOBHIhj 
Sumqayıt veloyürüşünün marşurutu 
>>> https://goo.gl/9gWDiW 

Son qeydiyyat tairixi: 23.10.2015
saat: 24:00
Qeyd: İştirak üçün minimum yaş həddi 16dır.

Yürüşdə iştirak etmək üçün dəbilqənin olması vacibdir. Əks halda yürüş buraxılmayacaqsınız.

Əlavə məlumat üçün:
"TƏBİƏT DOSTLARI" Gənlər Təşkilatı
tel: 055 7052981
"SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı 
tel: 055 8237290





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR