Sumqayıtda hava

Cəmiyyət

Hava məlumatı - 20.10.2015

Hava məlumatı - 20.10.2015



Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Abşeron yarımadasında gecə 11-14, gündüz 15-19, Bakıda gecə 11-13, gündüz 16-18 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. 
Gecə 7-12, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR