Sumqayıtda hava

Maraqlı

Dünyaya səs salan Qubalı qardaşlarla MÜSAHİBƏ - FOTOLAR

Dünyaya səs salan Qubalı qardaşlarla MÜSAHİBƏ - FOTOLAR

 


Qubalı pəhləvan qardaşlar haqqında hamınız eşitmisiz. Bizdə qardaşları yaxından tanıyıb fəaliyyətləri ilə tanış olmaq üçün onlarla görüşmək qərarına gəldik. Bildiyimiz kimi Azərbaycanli Qardaşlar Hüseyn və Laçin Pəhləvanoğlular dünya rekorduna imza atmaq ilə medianin gündəminə gəlib.Rekordçu Laçin Pəhləvanoğlu ilə olan müsahibəni təqdim edirik….

-Laçın bəy, dörd qat dünya rekordçusu oldunuz bu doğru xəbərdi?

-Bəli doqru xəbərdi. Düzdu çoxu özünü rekordçu saya bilər amma bunu fedarasiya təyin etməlidi. Bizim qeyri-adi istedadımız Ukraynada talant şouda böyük marağa səbəb oldu.Ukraynanin dünya rekordları fedarasiyası bizim üçün xüsusi tədbir hazirlayaraq bizi dəvət etdi. Böyük kütlə qarşısında çıxışlarımız oldu və biz rəsmi olaraq dünya rekordçusu adina layiq görülərək sertifikatla təltif olunduq.İnşəAllah ilin əvvəli həmin kitab bizə təqdim olunacaqki ilk Azərbaycanli olaraq ölkəmizin və özümüzün adını o kitaba yazdirmişiq.

– Zəhmət olmasa rekordçu olduĞunuz növlər haqqinda məlumat verərdiz.

-Hüseyin boĞaz boşluĞuna qarmaq keçirərək 32 kq yük, hər əlində 16 kq yük qaldiraraq , boqaz boşluqunda 1,5 tonluq maşın çəkdi, boqazına kəsici və deşici alət sayilan bel qoyaraq 67 kqliq insani çixartdi, ayaqlari üzərindən böyük tonajlı maşın qoruyucu vasitəsiz keçirdib. Mən isə gözümdə 33 kq qaldırmaqla, 1 ton 700 kq maşın çəkməklə, boqaz boşluquna kəsiçi alət sayilan nizəni qoyaraq bir ucu ilə ton yarimliq maşını yeriderek 10-15 metr apardim və bileyim üzərindən 2 tonluq maşını heç bir qoruyucu olmadan keçirtdim.

-Dünyanin bir çox ölkəsində çıxışlarınız olub gözlənilən tədbirlər haqqinda məlumat verə bilərsiz?

-Bəli bu il sözün düzü 8 ölkədən dəvət aldıq bizim maddi dəstəyimiz olmadiqina görə getməyə güçümüz çatmadı. Yeni dəvətlərdən birini qəbul etmişik o da dəvət göndərən ölkənin dəstəyi sayəsində.

– Qardaşiniz həmdə məşqçiniz olan Hüseyn Pəhləvanoğlu ile gələcəkdə hansisa böyük bir tədbir gözləmək olarmı?

– Bildiyiniz kimi Hüseyn Pəhləvanoqlu 13 yaşindan dövlət tədbirlərində atam Əli pəhləvanın və əmim Qəmbər pəhləvanın məşqçiliyi ilə çixişlar edib.Atam bütün bildiylərini qardaşim Hüseynə öyrədib . Mən o vaxt az yaşlı olduğumdan atam o qədərdə məni sixmirdi. Mən bu sənətə sevərək öz həvəsimlə gəlmişəm. Qardaşım Hüseynin məşqçiliyi ilə mən də bu sənətə başladım.Azərbaycanda keçirilən qeyri adi istedad yarışmalarina qatılmaqima icazə verdi. Həmin yarışlarda həm xalqın həm də münsiflərin sevimli qalibi oldum. Bu yaxinlarda Hüseynin dünyani şoka salacaq yeni nömrələri var. Yaxın müddətdə həyata keçriləcək həmin nömrələr xarici ölkələrin birində olacaq. Gələcəkdə böyük çixişlarimiz gözlənilir. Bu qədim pəhləvan sənəti ölkəmizi tanidan və simvolu sayılan sənətdir.Borcumuzdu bu sənəti başqa ölkələrdə tanidaq , üç rəngli bayraqimizi dalğalandirmaq bizim üçün əvəzolunmaz sevinc və şərəfdir. Artiq bizim davamçılarımız bizim sənəti davam edir. Hüseynin böyük oğlu babasinin adini daşıyan Əli və Emil Pəhləvanoğluda artiq nömrələr göstərməyə hazirdi.Yaxin zamanda olarda yaşlarina uyğun çıxışlar edəcəklər. Əlinin 7 Emilin 6 yaşı var.

– Suallarimizi cavablandirdiqiniza görə minnətdariq. Sizə uğurlar arzu edirik.

– Böyük təşəkkürmüzü bildiririk ki qədim sənətmizi dəstəkləyərək dəyər verir. 

 

 

Dünyaya səs salan Qubalı qardaşlarla MÜSAHİBƏ - FOTOLAR

 

Dünyaya səs salan Qubalı qardaşlarla MÜSAHİBƏ - FOTOLAR

 

Dünyaya səs salan Qubalı qardaşlarla MÜSAHİBƏ - FOTOLAR

 

Dünyaya səs salan Qubalı qardaşlarla MÜSAHİBƏ - FOTOLAR

Omedia.az

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR