Sumqayıtda hava

Siyasət

Tahir Mirkişili Sumqayıtda seçicilərlə görüşüb



Yeni Azərbaycan Partiyasının 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən millət vəkilliyinə namizədi Tahir Mirkişilinin 3-cü mikrorayon, eləcə də 36, 14, 15, 16, 17, 41 və 76-cı məhəllələrin seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev YAP-ın ölkənin hər yerində olduğu kimi, Sumqayıtda da parlament seçkilərinə ciddi şəkildə hazırlaşdığını söyləyib. A.İmaməliyev deyib ki, YAP parlament seçkilərinə "Yeni hədəflərə doğru!” şüarı ilə qatılıb:
"Əminəm ki, Sumqayıt seçiciləri məhz öz xalqına hər zaman xidmət edən və demokratiyanın inkişafına dəstək verən Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Çıxış edən millət vəkilliyinə namizəd Tahir Mirkişili son illər ərzində həyata keçirilən islahatlar nəticəsində ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da artdığını, Azərbaycanın regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqeyini ardıcıllıqla nümayiş etdirdiyini bildirib:
"Azərbaycan dünyanın aparıcı dövlətlərinin enerji təhlükəsizliyində strateji mövqeyə malikdir. Həyata keçirilən Dövlət proqramları, eləcə də digər islahatlar ölkəmizin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirib. Bütün bu nailiyyətlər isə sözsüz ki, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasi kursun nəticəsidir. Ölkəmizin inkişafı, vətəndaşımızın sosial tələblərinin yüksək səviyyədə təmini isə xalqımızın ölkə Prezidentinə, rəhbərlik etdiyi YAP-a olan sonsuz inamını daha da gücləndirir”.
Tədbirdə çıxış edən seçicilər noyabrın 1-də seçki məntəqələrinə gələrək YAP-ın namizədi Tahir Mirkişiliyə səs verəcəklərini bəyan ediblər.
Yeniazerbaycan.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR