Sumqayıtda hava

Hadisə

Bakıda transformatorun içinə girən qızla oğlanı cərəyan vurdu - FACİƏ

Bakıda transformatorun içinə girən qızla oğlanı cərəyan vurdu - FACİƏ



16:50
"Bakıelektrikşəbəkə" bu gecə Bakı şəhərinin Nəsimi rayonu ərazisində iki gənci transformatorun içində elektrik cərəyanı vurması ilə bağlı olaya münasibət bildirib.
İdarənin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin dediyinə görə, bütün transformator məntəqələrində "qadağan” işarəsi qoyulub və lazımi tədbirlər görülüb:
"Ola bilər kimsə qapını qırıb transformator otağına daxil olsun. Amma idarə tərəfindən bütün məntəqələrə nəzarət olunur. Lazım olan yerdə qapılar qıfıllanır və ya transformatorun ətrafı hasarlanır. Əgər kimsə qapını qırıb məntəqəyə daxil olursa, biz buna nə edə bilərik? Məsələni hüquq-mühafizə orqanları araşdıracaq”.
T.Mustafayev əlavə edib ki, əvvəllər transformatorlarla bağlı bədbəxt hadisələr xeyli çox olub. İndi isə belə hadisələrə nadir hallarda rast gəlinir.
Qeyd edək ki, bu gecə Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyev və 18 yaşlı Pərvanə Hüseynova 6 min voltluq transformatorun yerləşdiyi otaqda bədbəxt hadisə ilə üzləşiblər. Ehtiyatsızlıqdan onların hər ikisini elektrik cərəyanı vurub. F.Fərzəliyevin vəziyyəti olduqca ağırdır.
XezerXeber.com

16:00
Paytaxtın Nəsimi rayonunda bədbəxt hadisə baş verib.
Rayonun Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyevlə hələlik kimliyi məlum olmayan təxminən 18 yaşlarındakı qız 6 min voltluq transformatorun qapısını açaraq içəriyə daxil olublar.
Bu zaman ehtiyatsızlıq edən Fəqan Fərzəliyev yüksək gərginlikli naqillərə toxunub. Nəticədə elektrik cərəyanı onları bir neçə metr kənara tullayıb. Hər iki şəxs ağır xəsarətlər alıblar. Ətrafdakılar təcili tibbi yardım çağırıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev qolunun birini itirib.
Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.
APA





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR