Sumqayıtda hava

Siyasət

Sumqayıtda yaşayan zəngilanlı seçicilərlə görüş keçirilib



Yeni Azərbaycan Partiyasının 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən parlament seçkilərində namizədi İmamverdi İsmayılov Sumqayıt şəhərində yaşayan zəngilanlı seçicilərlə görüşüb.
Görüşü giriş sözü ilə açan YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov YAP-ın Azərbaycanın müstəqilliyinin qorunmasındakı xidmətlərindən danışıb. Ə.Hüseynov qarşıdan gələn parlament seçkilərində bu təşkilatın namizədlərinin xalq tərəfindən dəstəklənəcəklərinə əminliyini vurğulayıb:
"Sizlərin seçicisi olduğunuz 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası növbəti dəfə İmamverdi İsmayılovun namizədliyini irəli sürüb. İmamverdi İsmayılov artıq 4 çağırış bu dairəni Azərbaycan parlamentində təmsil edib. O baxımdan əminəm ki, seçicilərimiz İmamverdi müəllimin uzunmüddətli fəaliyyətini dəyərləndirib, düzgün seçim edəcəklər”.
Çıxış edən YAP-ın 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən parlament seçkilərində namizədi İmamverdi İsmayılov məcburi köçkünlərin sosial rifahının yüksəldilməsi, eləcə də mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlara görə bütün məcburi köçkün və qaçqınlar adından ölkə Prezidenti İlham Əliyevə öz dərin təşəkkürünü bildirib:
"Milli Məclisdə hər zaman öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş insanların sosial rifahının yüksəldilməsi ilə bağlı bir sıra müzakirələr aparılır, qanun layihələri işlənir. Prezident İlham Əliyevin apardığı modern iqtisadi inkişaf siyasəti ölkəmizi nəinki yerləşdiyi regionda, yaxın-uzaq coğrafiyada liderə çevirib. Mən hörmətli seçicilərimə bildirmək istəyirəm ki, onlar YAP-ın namizədlərini dəstəkləməklə ölkəmizdə mütərəqqi inkişafın davam etməsinə səs vermiş olacaqlar”. 
Daha sonra çıxış edən seçicilər YAP-ın namizədi İmamverdi İsmayılova səs verəcəklərini bildiriblər.
Yeniazerbaycan.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR