Sumqayıtda hava

Siyasət

Muxtar Babayev 8-ci mikrorayon sakinləri ilə görüşüb

 


Noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası davam edir. Kampaniya çərçivəsində növbəti görüşlərdən biri də Sumqayıt şəhərində olub. Yeni Azərbaycan Partiyasının 43 saylı Sumqayıt üçüncü Seçki Dairəsindən millət vəkilliyinə namizədi Muxtar Babayevin 8-ci mikrorayon sakinləri ilə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə "Yeni hədəflərə doğru!” şüarı ilə qatıldığını dilə gətirib. Daha sonra millət vəkilliyinə namizədlə bağlı məlumat verən YAP Sumqayıt şəhər təşkilatının sədri vurğulayıb ki, ötən beş ildə ortaya qoyduğu fəaliyyət M.Babayevin seçicilərin etimadını doğrultduğunu deməyə əsas verir.
Çıxış edən YAP-ın 43 saylı Sumqayıt üçüncü Seçki Dairəsindən millət vəkilliyinə namizədi Muxtar Babayev qeyd edib ki, YAP ölkəmizdə alternativsiz siyasi qüvvədir:
"Partiyamızın gücü Ulu öndər Heydər Əliyevin ideyalarında və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdədir. Xalqımız Ulu öndərimizin ideyalarına sadiq olmaqla bərabər, dövlət başçısının siyasətini tam dəstəkləyir. Mən əminəm ki, seçicilərimiz YAP-ın namizədlərini dəstəkləməklə bu inkişafa öz töhfələrini verəcəklər”.
Sonda çıxış edən seçicilər hakim partiyanın millət vəkilliyinə namizədi Muxtar Babayevə səs verəcəklərini bəyan ediblər.
Yeniazerbaycan.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR