Sumqayıtda hava

Cəmiyyət

Qubadlılılar tədbir keçirdilər

Qubadlılılar tədbir keçirdilər


Dekabrın 29-da Sumqayıt şəhərində yerləşən “Bəyaz Saray” şadlıq evində Qubadlı RİH və Qubadlı Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, idmançılar və gənclər iştirak ediblər.

Bayram tədbiri açıq elan edildikdən sonra, İH-nin başçısının müavini Allahverdi Haxverdiyev təbrik nitqi söylədi. Bildirdi ki, Azərbaycanın tarixinə uğurlu il kimi daxil olan 2014-cü ildə respublikamızın regional və qlobal əhəmiyyəti daha da artmış, xalqımızın sosial rifah halı yüksəlmişdir.

Sonra tədbir iştirakçılarını təbrik edən İH-nin başçısının müavini Xoşqədəm Alıyeva vurğuladı ki, ötən il ərzində rayon üzrə 89 ailə yeni mənzillə təmin edilmiş, yüzlərlə ailənin məişət şəraitinin bu və ya digər dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur. Rayonda idarə, müəssisə və təşkilatların iş şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Belə ki, “İnşaatçılar” qəsəbəsində 2 mərtəbəli ictimai binada əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmışdır. Həmin binada rayonun inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və Qarabağ Müharibəsi Veteranları Cəmiyyətinin rayon şöbəsi yerləşdirilmişdir. Binanın həyətində işçilərin istifadəsi üçün ictimai iaşə obyekti tikilmiş, istirahət guşəsi yaradılmış, abadlıq işləri aparılmışdır.

İl ərzində əhalimizin aztəminatlı hissəsi, şəhid ailələri diqqətdə saxlanılmış, şəhid ailələrinə, aztəminatlı ailələrə yardımlar edilmişdir.

Tədbirdə çıxış edən Gənclər və İdman idarəsinin rəisi N. Abbasov, Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlham Əhmədov və digərləri təbrik nitqi söyləyərək, 2014-cü ildə Respublikada və Qubadlı rayonunda görülmüş işlərdən bəhs etdilər. Qeyd olundu ki, rayon gəncləri, idmançılar müxtəlif respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə, müxtəlif sahələrdə uğurlar qazanmışlar. 20 nəfərə qədər rayonun idmançı gənci beynəlxalq turnirlərin, 50 nəfərdən artıq idmançı isə Respublika birincilikləri və turnirlərinin qalibi olmuşdur. 2014-cü ilin yekunlarına əsasən rayonumuzun idmançıları Abbasov İslam ilin ən yaxşı güləşçisi və Quliyev Sədi isə ilin ən yaxşı hakimi seçilmişdir. Rayonun ümumtəhsil məktəblərini bitirən 355 məzunundan 171-i tələbə adını qazanmışdır.

Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən 5 gəncə YAP-nın Fəxri fərmanı, YAP-nın sıralarına yeni daxil olmuş 10 nəfərə YAP-nın vəsiqəsi təqdim olundu, 2014-cü ildə dünya, Avropa və Beynəlxalq yarışlarda yer tutmuş idmançılara RİH tərəfindən hədiyyələr verildi.

Tədbirdə Şaxta Baba və Qar qızın iştirakı, yolka ətrafında şən rəqslər, iştirakçıların əhval ruhiyyəsini daha da artırdı.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR