Sumqayıtda hava

Cəmiyyət

SDU əlilliyi olan şəxslərin ali təhsil müəssisələrinə inteqrasiyasına dəstək verir

SDU əlilliyi olan şəxslərin ali təhsil müəssisələrinə inteqrasiyasına dəstək verir

 


Oktyabrın 20-də Sumqayıt Dövlət Universitetində TEMPUS layihəsi üzrə Avropa İttifaqının "Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyası” mövzusunda təlim öz işinə başladı.
SDU-nun Mətbuat xidmətinin məlumatına görə, Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri, dosent Turqay Hüseynov qonaqları salamladı və qeyd etdi ki, oktyabrın 14-15-də təlimin başlanğıcı olaraq Azərbaycan Respublikasının ali məktəblərində İnkluziv təhsil mərkəzlərinin yaradılması ilə əlaqədar onlayn təlim keçirilib. Təlimdə Beynəlxalq Əməkdaşlıq şöbəsinin nümayəndələri, Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Ehtiram Zeynalov iştirak edib. Layihənin əsas məqsədi haqqında məlumat verən dosent bildirdi ki, əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası üçün dəstək siyasətini və mexanizmlərini ən yaxşı Avropa təcrübəsi ilə inkişaf etdirməkdir. Layihənin yerli tərəfdaşları Təhsil Nazirliyi, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Xəzər Universiteti və Azərbaycan Əlil Təşkilatları İttifaqı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Avropa partnyorları isə Qraz universiteti (Avstriya), Makedoniya Universiteti (Yunanıstan), Lodz Universiteti (Polşa) və Avropa İnsan Hüquqları Məsləhətxanasıdır.
Tədbirdə Xəzər Universitetinin layihə üzrə koordinatoru Rima Məmmədova layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat verdi.
Yerli və Avropa tərəfdaşlarının nümayəndələrinin iştirakı ilə keçirilən təlimdə Qraz universiteti, "Əliliyi olan tələbələrə dəstək texnologiyaları”, Lodz Universiteti isə "Əliliyi olan tələbələrə dəstək mərkəzinin rolu” mövzularında təqdimat keçirdi. Xüsusi olaraq əlil tələbələrlə necə işləmək prinsipləri aşılandı.
Təlimdə mövzu ətrafında maraqlı suallar səsləndirildi və fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, təlim oktyabrın 22-dək davam etdiriləcək, fəal iştirakçılara Avropa Universitetləri və Xəzər Universitetinin birgə sertifikatı təqdim ediləcək.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR