Sumqayıtda hava

Cəmiyyət

Qafqaz Universitetində "Müstəqillik" veloyürüşü keçirilib

Qafqaz Universitetində "Müstəqillik" veloyürüşü keçirilib



Qafqaz Universitetində 18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik gününə həsr olunmuş velosiped yarışı keçirilib. Yarışı Universitetin nəznindəki "İnteres” klubunun tələbələri təşkil edib.
Turnirdə hər birində 4 nəfər olmaqla 26 komanda iştirak edib. Velisoped sürmə bacarığı olan və bu idman yarışına həvəsi olan bütün tələbələr yarışmada iştirak edib. Velisoped yarışının şərtlərinə əsasən dörd nəfərlik komanda üzvlərindən ikisi oğlan, ikisi isə qız olmalı idi.
Turnirin yüksək səviyyədə təşkili üçün Azərbaycan Velosiped İdmanı federasiyası tərəfindən altı ədəd velosiped və dəbilqələr təqdim edilib.
Bundan başqa tələbələrin və iştirakçıların marağına səbəb olan böyük şarlar da turnirin keçiriləcəyi məkana xüsusi gözəllik qatıb. Sonda velosiped turnirinin daimi keçiriləcəyi təşkilatçılar tərəfindən vurğulanıb və yarışın qalibləri kuboklarla mükafatlandırılıb.
Tia.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR