Sumqayıtda hava

Dünya

“Azərbaycan Evi” ABŞ-da Azərbaycan mədəniyyətini tanıtdırır



ABŞ-ın Nyu-York şəhərindəki "Azərbaycan Evi” bir il öncə fəaliyyətə başlayıb. Qurumun rəhbəri, əslən Şəkidən olan soydaşımız Münəvvər Vahabova bildirir ki, mədəniyyət ocağı həm də restoran kimi fəaliyyət göstərir:
"Milli musiqimizi, mətbəximizi başqa xalqlara tanıtmaq məqsədilə müxtəlif tədbirlər təşkil edirik. Nyu-Yorkla yanaşı, başqa ştatlardan gələn müxtəlif xalqların nümayəndələrində ölkəmiz haqqında aydın təsəvvür yaratmağa çalışırıq. Milli bayramlarımızı yüksək səviyyədə qeyd edirik”.
Həmsöhbətim qeyd edir ki, ötən bir ildə Azərbaycanla bağlı tarixi həqiqətləri, ölkəmizin üzləşdiyi hərbi təcavüz, Qarabağ münaqişəsi haqqında məlumatları da yerli ictimaiyyətə çatdırıblar:
"Amerikada yaşayan soydaşlarımıza, gənc nəslə adət-ənənələrimizi yaşatmaqda dəstək olmağa səy göstəririk. Xoşbəxtəm ki, Amerikaya gəldiyim gündən arzusunda olduğum "Azərbaycan Evi”ni yarada bildim”.
Soydaşımız bildirir ki, gələcəkdə restoranı böyük mədəniyyət mərkəzinə çevirmək istəyir. Burada yeməklərimiz azərbaycanlı aşpaz tərəfindən bişirilir. Müştərilərə Şəki pitisindən tutmuş Lənkəran ləvəngisinə qədər bütün milli yeməklərimiz təqdim edilir. Canlı milli musiqilər də ifa olunur. Milli musiqiçilərin sayı çox olmadığından onları bir ansamblda toplamaq hələlik baş tutmur. "Azərbaycan Evi” gələcəkdə ölkəmizi tanıtmaq üçün daha böyük layihələr gerçəkləşdirmək niyyətindədir.
Medeniyyet.az





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR