Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

Enerji Resurslarından İstifadə üzrə Beynəlxalq Məktəbli Layihəsi

Enerji Resurslarından İstifadə üzrə Beynəlxalq Məktəbli Layihəsi


Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamenti və Enerji Resurslarından İstifadə üzrə Beynəlxalq Məktəbli Layihəsi (SPARE) ekoloji problemlərin həllinə maraq göstərən, ətraf mühitin mühafizəsində fəal iştirak etmək arzusunda olan 14-16 yaşlı məktəbliləri Xəzər-SPARE Akademiyasına dəvət edir.

Akademiyanın sessiyaları ayda 2 dəfə (şənbə günləri), Azərbaycan və ingilis dillərində keçiriləcək. Dərslər ekologiya, ətraf mühit və enerji resursları sahəsində ixtisaslaşan dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatların mütəxəssisləri tərəfindən aparılacaq.

2015-ci ilin yanvar-may ayları tarixlərində davam edəcək məşğələlərin sonunda şagirdlər Xəzər Universiteti, SPARE Beynəlxalq Proqramı sertifikatı ilə təltif olunacaqlar.

Xəzər-SPARE Akademiyasında iştirak etmək arzusunda olanlar, elana əlavə edilmiş ərizə forması dolduraraq, 15 yanvar 2015-ci il tarixədək azerbaijan@spareworld.org elektron ünvanına göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılacaq.

Akademiyanın dərsləri Xəzər Universitetinin əsas korpusunda keçiriləcək.

Ərizə formasını buradan yükləyə bilərsiniz
Erize-formasi.doc [3,53 Mb] (yüklənib: 10)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR