Sumqayıtda hava

Cəmiyyət

SOCAR dünyanı qazlaşdırır, Sumqayıtda insanlar qaza möhtac qalıb...

SOCAR dünyanı qazlaşdırır, Sumqayıtda insanlar qaza möhtac qalıb...



Sumqayıt şəhəri sakini Nadir Əliyev fərdi evinə qaz xətti çəkilmədiyi üçün şikayətçidir. 
Göndərdiyi şikayət məktubunda Nadir Əliyev bildirib ki, yaşadığı "Sumqayıt bağlar” yaşayış massivinə 2013-cü ildən qaz xətti çəkilsə də müxtəlif bəhanələrlə onun ünvanı qaz təchizatı ilə təmin olunmur:
"Mənim də yaşadığım bağ sahəsinə qaz xətti çəkilsin deyə çoxlu sayda müraciətlər etdim. Əvvəlcə bildirirdilər ki, vəsait yoxdur, material verilmir, işçilər əmək haqqı alımır və s. Lakin sonuncu müraciətimə cavab olaraq bildirdilər ki, ünvanımız layihədən kənarda qalıb. Buna görə də şəbəkəyə qoşulmaq üçün ödənişli qaydada texniki şərti almalı, xəttin çəkilişini və s. tələb olunan işlərin görülməsini öz hesabımıza həyata keçirməliyik. Yalnız bundan sonra ünvanımıza kod açıla və abonent kimi qeydiyyata alına bilərik. Aidiyyatı orqanlardan xahiş edirəm ki, yaşadığım ünvan heç bir şərt qoyulmadan qaz təchizatı ilə təmin olunsun”.
Moderator.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR