Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtlı sahibkardan humanist AKSİYA

Sumqayıtlı sahibkardan humanist AKSİYA



Sumqayıt şəhərində yerləşən "Fərid" optik mağazalar şəbəkəsində xeyriyyə aksiyası keçirilir.
Sahibkar Fərid Məmmədovun təşəbbüsü ilə təşkil olunan aksiyada təmannasız göz müayinəsi aparılır. Müayinəni aparan oftalmoloq mikro-cərrah Səttar Məmmədov bildirdi ki, əsasən imkansız və kimsəsiz ailələrdən olan insanlar üçün nəzərdə tutulan xeyriyyə tədbiri bu ayın sonuna kimi davam edəcək.
Belə humanist aksiyaların keçirilməsinin əhəmiyyətindən danışan S.Məmmədov qeyd etdi ki, elə imkansız vətəndaşlarımız var ki,  heç vaxt müayinə olunmur, sonda gözlərində çox ciddi xəstəliklər aşkarlanır və bu da ağır fəsadlara gətirib çıxarır. Bu kimi aksiyalar həmin problemlərin az da olsa qarşısını almış olur.
Xatırladaq ki, 3 yaşdan yuxarı bütün yaş həddini əhatə edən bu humanist aksiyada indiyə kimi 500-dən yuxarı xəstə müayinədən keçib.
Moderator.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR