Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda yollar uşaqlar üçün nədən təhlükə doğurur?- VİDEO

Sumqayıtda yollar uşaqlar üçün nədən təhlükə doğurur?- VİDEO



Sumqayıt sakininin redaksiyamıza göndərdiyi şikayət ilk baxışdan sadə görünə bilər, amma vətəndaşın qaldırdığı məsələni araşdıranda belə qənaətə gəlmək olur ki, əslində bu problem bütün Sumqayıt üçün aktual sayıla bilər. Sumqayıtın "Bağlar” deyilən ərazisində yaşayan xanım bildirir ki, o hər gün səhər 7-ci sinifdə oxuyan uşağını yaşadığı ərazidən bir xeyli aralı - 13-mikrorayonda yerləşən məktəbə yola salır. Lakin işdə olduğundan o uşağı vaxtında məktəbdən götürə bilmir, uşağın da avtobusa minib evlərinə müstəqil qayıtması üçün o maşınların intensiv gedib-gəldiyi Babək küçəsini özü keçməlidir ki, bu da təhlükəlidir. Bu səbəbdən valideyn axşam işdən qayıdıb onu götürənəcən uşaq tanışlarının evində qalır. O qeyd edir ki, bu vəziyyətdə təkcə o deyil. Heç də hamı oxuduğu məktəbin yerləşdiyi ərazidə yaşamır. O həmçinin onun kimi işləyən çoxsaylı valideynlərin adından danışıraq təklif edir ki,maşınların gediş-gəlişinin sıx olduğu küşələrdə yeraltı keçidlər tikilsin. Əslində yerüstü keçidlər nəinki məktəbli və ya bağça uşaqlarının, həmçinin böyük insanların da bir çoxunu ölümdən,şikəst olmaqdan qoruya bilər.Bir qədər statistikanın dili ilə danışaq.
Azərbaycanda hər il yol-nəqliyyat qəzalarında 1000-ə yaxın adam ölür, hər gün orta hesabla üç nəfər. Yol qəzalarında ölənlərin əksəriyyəti 5-29 yaşlı uşaq və gənclərdir.
Dünyada noyabrın 21-i Ümumdünya Yol Qəzaları qurbanlarının xatirə günü kimi qeyd olunur.
BMT-nin baş katibi Pan Gi Mun müraciətlərinin birində xatırladıb ki, hər gün qəzalarda 500-dən çox uşaq məktəbə, evə, dostlarının yanına və s. gedərkən və ya qayıdarkən həlak olur,bir çoxları isə şikəst qalır”Azərbaycanda bunun xüsusi statistikası aparılmır,amma ümumi statistika da bu qəzalarda hər gün məktəb və ya bağçaya gedərkən ölən uşaqların sayının az olmamasını göstərir.Və bunda təkcə valideynləri günahlandırmaq da düzgün deyil.Çünki reallıq elədir ki,həmişə uşaqları ötürmək də mümkün deyil.İstər-istəməz bəzən uşaqlar "Allah amanına” buraxılaraq dərsə,məşğələyə,bazara və sairə yerlərə tək göndərilməli olur.İşıqforlar və piyada keçidləri də təhlükəsizliyi tam təmin edə bilmir. Bundan başqa sürücülərin heç də hamısı yol-hərəkət qaydalarına riayət etmir,elə uşaqlar da adətən piyada keçidlərindən, işıqforlardan mükəmməl istifadə edə bilmirlər,tam diqqətli ola bilmirlər. Üstəlik küçələrin heç də hamısında işıqfor olmur.Məsələn Sumqayıtda Babək, Nərimanov, Sülh küçəsi,Koroğlu prospekti,Səməd Vurğun kimi iri küçələrin bir çox hissələrində daha çox işıqfora ehtiyac olsa da o yetərincə sayda quraşdırılmayıb.Bu səbəbdən əhalisi artıq qeyri-rəsmi 500 mindən çox olan ölkənin 3-cü şəhəri Sumqayıtda yeraltı keçidlərin tikilməsinə həqiqətən ehtiyac var və bu təkcə uşaqların yox,bütün sumqayıtlıların təhlükəsizliyi üçün yaxşı addım olardı və vətəndaş əmindir ki,təhlükəsizlik və rahatçılıq baxımından bu sumqayıtlıların əksəriyyətinin ürəyincə olardı. Bakıda bu gün çoxsaylı yürüstü və yeraltı keçidlər var,bir ucdan da tikilir və paytaxt sakinləri bundan yararlana bilir.Əlbəttə 3 milyondan çox əhalisi olan,1 milyondan avtomobil şütüyən şəhərdə bu təbiidir. Ancaq Sumqayıt da böyüdüyündən,(elə təkcə Yaşıldarəni misal çəkmək bəsdir )əhali ,maşınların sayı da artdığından burada artıq tıxac,yol qəzaları və sairə böyük şəhərlərə xas olan problemlər yaranıb. Bu problemə diqqəti cəlb etmək üçün BMT-nin baş katibibin yol hərəkəti təhlükəsizliyinin xüsusi nümayəndəsi Jan Todt rejissor Lui Bessona müraciət etdi və o da Cənubi Afrikadan tutmuş Qərbi Avropayacan məktəblilərin necə risqə məruz qalması haqqında videorolik çəkdi. Videorolik dünya ictimaiyyətinə bu problemin əslində nə qədər geniş miqyasda olmasini çatdırmaq və uşaq ölümlərinin sayını azaltmaq üçün konkret addımlar atmağa sövq etməkdir. Film yollarda uşaqların təhlükəsizliyi günü -7 okyabr münasibətilə çəkilib və BMT-nin #SaveKidsLives kampaniyasının bir hissəsidir.Sonda onu da qeyd edək ki, vətəndaş təkliflə bağlı şəhər icra hakimiyyətinin 164 nömrəli qaynar xəttinə zəng edərək müraciət də edib. Sumqayıt icra hakimiyyətindən ona bildiriblər ki,bununla bağlı Sumqayıt şəhər Dövlət Yol Polisi İdarəsinə mürciət etsin,bu məsələyə onlar baxır. Sonda ona bildiriblər ki,bu məsələyə ərazidə yaşayan vətəndaşların ümumi müraciəti olsa baxıla bilər. Ancaq müraciətsiz də görünür ki,Sumqayıtda daha təhlükəsiz keçidlərə ehtiyac var və vətəndaş ümid edir ki,müvafiq qurumlar mətbuat vasitəsilə edilən müraciətə-təklifə müsbət reaksiya verəcəklər.Onu da qeyd edək ki , demək olar ki,Sumqayıtın bütün icra başçıları qanunlara elə də əməl etmədən Sumqayıtda yol kənarlarında , hətta yolların ortsındakı ərazilərdə yaşıllığı qıraraq həmin yerləri bir ucdan satdıqlarından hal-hazırda Sumqayıtda boş yer qalmayıb və küçələrin düz kənarları Şadlıq evləri ilə ,supermarketlərlə,kafelərlə doludur ki, bu da istər –istəməz yolları piyadalar,alıcılar,müştərilər üçün daha da təhlükəli edir. Məsələn , redaksiyamıza məktub yazan digər oxucumuz yazır ki, o tez-tez, bir qədər ucuz olduğundan elə həmin Babək küçəsində yerləşən "Hiper” marketdən alver edir,ancaq hər dəfə maşınların çox intensiv hərəkət etdiyi həmin yolu alış-veriş üçün iki dəfə keçməli olur və hər dəfə də küçəni keçəndə stress keçirir. Əlbəttə yeraltı keçid küçələrdə insan ölümlərinin qabağını tam almır, Bakının timsalında onu da görürük ki, keçid olanda belə bir çoxları düşüncəsizlikdən təhlükəsiz keçiddən istifadə etmir və belə keçidlər kifayət qədər vəsait tələb edir,ancaq bütün bunlar bircə uşağın həyatını xilas edirsə demək buna dəyər.Çünki nəinki uşağın, 100 yaşlı bir qocanın da həyatı milyonlardan daha dəyərlidir.

Moderator.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR