Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtlı məktəb direktoruna vəzifə verilir

Sumqayıtlı məktəb direktoruna vəzifə verilir



Azərbaycan Müəllimlər İnstitutunun rektor vəzifəsindən parlament seçkilərində iştirakına görə istefa verən deputat Aqiyə Naxçıvanlının yerinə təyinat gözlənilir.
Axar.az-ın əldə etdiyi xəbərə görə, 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizəd A.Naxçıvanlının xələfinin hazırkı millət vəkili Leyla Abdullayevanın olacağı ehtimalı barədə məlumat yayılıb. Yeni Azərbaycan Partiyasının siyahısından 42 saylı Sumqayıt II Seçki Dairəsindən namizədliyi irəli sürülən L.Abdullayeva oktyabrın 2-də namizədliyini geri götürmüşdü. Əldə etdiyimiz məlumatda iddia olunur ki, xanım deputat AMİ-nin rektoru təyin olunacağı gözlənildiyi üçün seçkilərdə iştirakdan imtina edib.
Xatırladaq ki, YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov L.Abdullayevanın dövlət qulluğunda çalışmaq barədə qərar verdiyindən namizədliyini geri götürdüyünü bildirmişdi. L.Abdullayeva hazırda Sumqayıt şəhər 18 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışır.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR